Gürcüstanda “Xocalıya ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriləcək
Tarix: 10.02.2017 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsülə dünyanın hər yerində həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlərin keçirilməsinə start verilir. Tədbirlərin təşkili üçün gənclər əl-ələ verərək işçi qrupu yaradıblar. Qrupa Gürcüstanda təhsil alan tələbələr, gənclər, Gənclər təşkilatlarının rəhbərləri, siyasətçilər, təhsil və elm işçiləri qatılıblar.
Keçiriləcək tədbirlərə gürcü və əcnəbi elm işçilərinin və ziyalılarının iştirakılə elmi konfransların, dəyirmi masaların, aksiyaların, fleş-mobların təşkili, habelə gürcü və digər dillərdə Xocalı soyqırımı haqqında bəhz edən video çarxların çəkilişi nəzərdə tutulur.Bu tədbirlərə Gürcüstanda yaşayan digər xalqlar, diplomatlar, ziyalılar, gənclər və elmi işçilərin cəlb olunması nəzərdə tutulur.
İşçi qrupuna qoşulan gənclər, eyni zamanda təşkilat komitəsi adından beynəlxalq təşkilatlara Xocalı hadisələrinə hüquqi qiymətin verilməsini tələb edən bəyanat ünvanlanacaqdır.
Tədbirlərin təşkilatçılarından olan Nərgiz Əliyeva bildirib ki, bu tipli tədbirlər hər il ayrı ayrı təşkilatlar tərəfindən həyata keçirilir, bu il isə hamımız birləşərək bu kampaniyanı daha geniş şəkildə həyata keçirmək istədik. “Uzun zamandır ki, bu istiqamətdə hazırlıqlar həyata keçiririk, günü gündən bizə qoşulmaq istəyənlərin sayı artır. Xocalı soyqırımı bizim acıyan yerimizdir, bu hadisələr hələdə hüquqi qiymətini tapmayıb, biz Gürcüstanda yaşayan gənclər bu tədbirlərdə məlumatı yalnız gürcü xalqına deyil eyni zamanda burada yaşayan turistlərə, əcnəbilərə də çatdırmaq istəyirik”.
Artıq bir neçə ildir ki, fevral ayı Gürcüstanda Xocalı ayı elan edilir və “Xocalıya ədalət” kampaniyası çərçivəsində ay ərzində ölkə masştabında müxtəlif işlər həyata keçirilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info