Ötən il Beyləqanda iqtisadi və sosial sahələrin inkişafına 58 milyon manat vəsait qoyulub
Tarix: 10.02.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Ötən il Beyləqan rayonunda sosial-iqtisadi sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 58 milyon manat vəsait qoyulub. Onun 56 milyon manatı tikinti-quraşdırma işlərinə yönəldilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beyləqan rayon mədəniyyət sarayında 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin məruzəsində bildirilib ki, ötən il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası, şəhər 8 nömrəli tam orta məktəbi üçün 240 şagird yerlik, Xaçınabad kəndində 80 şagird yerlik, İmamverdili kəndində 180 şagird yerlik məktəb binaları, 8 saylı körpələr evi-uşaq bağçası, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu, Bayraq Muzeyi, Toxum müfəttişliyi və aqrokimya laboratoriyasının, kənd təsərrüfatı idarəsinin inzibati binaları istifadəyə verilib. Rayonun 16 kənd və qəsəbəsi qazlaşdırılıb.
Hesabat məruzəsində və çıxışlarda rayonda sahibkarlığın, kənd təsərrüfatının və sənayenin inkişafından, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən də bəhs edilib. Bildirilib ki, Beyləqan rayonunda sahibkarlığın inkişafı prioritet məsələ kimi daim diqqətdə saxlanılır. 2016-cı ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 153 sahibkara 1 milyon 66 min manatdan çox güzəştli kredit verilib. Bunun nəticəsində 171 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Prezident İlham Əliyevin ölkəmizdə pambıqçılığın inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq, ötən il rayonda 3958 hektarda pambıq əkilib, 7861 tondan artıq məhsul tədarük edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pambığın əkin sahəsi 1,9 dəfə, məhsul isə 2,1 dəfə çoxdur.
Yığıncaqda qarşıda duran vəzifələrdən də danışılıb. Bildirilib ki, 2017-ci ildə 8500 hektar sahədə pambıq əkilməsi, bitki yağı istehsalı müəssisəsinin və müasir heyvandarlıq təsərrüfatının yaradılması, yol infrastrukturunun yaxşılaşdırılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatları Çingiz Qənizadə və Şahin İsmayılov yığıncaqda çıxış ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info