“Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşdırılması üçün səylərimizi davam etdirəcəyik”
Tarix: 10.02.2017 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək".
 
Bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib. 
 
"2016-cı ilin aprelində Dağlıq Qarabağda təmas xəttində 4 günlük müharibədən sonra vəziyyətin normallaşması üçün bir sıra addımlar atılıb. Təəssüf ki, bu günədək silahlı insidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in müşahidəçiləri missiyasının genişləndirilməsi haqqında əldə olunan razılıq həyata keçirilməyib", - deyə diplomat söyləyib.
 
Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarıdır: “Biz bu münaqişənin sülh yolu ilə həllinə alternativ görmürük və ATƏT-in Minsk qrupundan olan tərəfdaşlarımızla birlikdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik". 
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info