Yasamal rayonunda “Azexport.az” portalı sahibkarlara təqdim olunub
Tarix: 10.02.2017 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Bakının Yasamal rayonunda “Azexport.az” portalı sahibkarlara təqdim olunub.
Yasamal Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayon icra hakimiyyəti başçısının I müavini Səməd İslamov sahibkarlığın və qeyri-neft sektorunun inkişafının ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu, aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə edildiyini, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artdığını, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalının genişləndiyini qeyd edərək, ölkə başçısının “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli Sərəncamını və “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2016-cı il 5 oktyabr tarixli Fərmanını xatırladaraq bildirib ki, dövlət başçısının bu Fərman və Sərəncamından irəli gələn tapşırıqlarına uyğun olaraq, bu portalın da rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında xarici bazarlarda satılması və tanınmasında böyük rolu olacaq.
“Azexport.az” portalının rəhbəri Zaur Qardaşov dövlət başçısının Azərbaycan mallarının beynəlxalq səviyyədə təbliği üçün yeni imkanların yaradılmasının zəruriliyini, ölkədə fəaliyyət göstərən sahibkarların əhatə dairəsinin, istehsal imkanlarının artmasının və onlara dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə 2016-cı il 21 sentyabr tarixində “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncam imzaladığını bildirərək, bu Sərəncam əsasında ölkədə istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən portalın, yəni “Azexport.az”ın yaradıldığını qeyd edib. O, portalın yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirmək və bu sahədə əlverişli şəraiti daha da genişləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb.
Sonra “Cybernet” şirkətinin əməkdaşı Səadət Salehova sahibkarları “Azexport.az” portalında istehsalçı şirkətlərin və onların nümayəndəliklərinin qeydiyyatı və məhsul məlumatlarının yerləşdirilməsi qaydaları ilə tanış edib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onlara “İstehsalçı şirkətlərin və onların nümayəndəliklərinin qeydiyyatı və məhsul məlumatlarının yerləşdirilməsi üzrə İstifadəçi Təlimatı” paylanılıb.
 


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sinoptiklər xəbərdarlıq edirlər...
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info