Xorvat futbolçu millimizdən təklif aldığını açıqlayıb
Tarix: 10.02.2017 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


“Heç vaxt düşünməzdim ki, günlərin bir günündə Azərbaycanda oynayaram. Amma "İnter"dən aldığım başgicəlləndirici təklifi qəbul etməli oldum. Həmin vaxt skeptik fikirdə idim. İndi isə deyə bilərəm ki, bu ölkədə həyat düşündüyümdən tam fərqlidir". "Report"un yaydığı xəbərə görə, bunu Polşa "Visla"sı ilə yarım illik müqavilə bağlayan Bakı "İnter"inin sabiq futbolçusu Matiya Şpiçiç "wyborcza.pl"ə müsahibəsində deyib. 29 yaşlı sol cinah müdafiəçisi Azərbaycan Premyer Liqasında çıxış etdiyi vaxt milli komandanın əvvəlki baş məşqçisi Berti Foqtsdan təklif aldığını xatırladıb: "Komanda yoldaşlarım məni belə ideyaya inandırmağa başlamışdılar. Həmin vaxt cavabım belə olmuşdu: Bu, mənim üçün böyük şərəf olsa da, Xorvatiya yığmasında oynamağı üstün tutardım. Çünki ölkəmdə ayağı topa dəyən hər kəsin arzusu budur". Bununla belə, Şpiçiç təklifə qətiyyətlə "yox" deməyib. Amma 2014-cü ilin oktyabrında Foqtsun istefaya göndərilməsindən sonra məsələ tədricən aktuallığını itirib. Yığmaya həmyerlisi Robert Prosineçki gəlsə də, xorvatiyalı legioner "İnter"də başlanan maddi problemlər üzündən 2015-ci ilin yayında klubu tərk edib. Qeyd edək ki, Matiya Şpiçiç Xorvatiyanın aşağı yaşlılardan ibarət komandalarında çıxış etdiyi halda, əsas millidə heç vaxt oynamayıb. O, "İnter"də 2013-2014 və 2014-2015 mövsümlərində çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info