26 nömrəli xəstəxana istifadəyə verilib
Tarix: 10.04.2013 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan seçilmiş deputatı Mehriban Əliyeva aprelin 10-da Mərdəkan qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə tanış olub. Mehriban xanım Əliyevaya məlumat verilib ki, xəstəxana 1983-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə istifadəyə verilib. Həmin gündən ötən dövr ərzində xəstəxana və onun nəzdindəki uşaqlar və böyüklər üçün poliklinikaların əsaslı təmirə ehtiyacı yaranmışdı. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində bu səhiyyə ocağında da 2011-ci ilin iyul ayından əsaslı təmir işlərinə başlanılıb. Qeyd olunub ki, xəstəxana Xəzər rayonu ərazisindəki ən iri səhiyyə ocağıdır və ümumi ərazisi 4 hektardır. Beşmərtəbəli bina 140 çarpayılıqdır və burada əhaliyə 614 nəfərlik tibbi heyət xidmət göstərəcək. Xəstəxanada uşaq, cərrahiyyə, anesteziologiya, reanimasiya, ginekologiya, doğuş, sinir və daxili xəstəliklər, təcili yardım şöbələri, qadın məsləhətxanası fəaliyyət göstərəcək. Tibb müəssisəsi Almaniya istehsalı olan ən keyfiyyətli avadanlıq ilə təchiz olunub. Əsaslı təmirdən sonra yüksək səviyyədə qurulan poliklinikalarda 27 min uşağa və 45 min böyüyə keyfiyyətli tibbi xidmət göstəriləcək. Bu poliklinikaların xidmətindən Mərdəkan ilə yanaşı, Şüvəlan, Şağan və Qala qəsəbələrinin əhalisi də istifadə edəcək. Həmçinin diqqətə çatdırılıb ki, məhz bu xəstəxana Xəzər rayonunda fəaliyyət göstərən tibb müəssisələrini yemək və dərman preparatları ilə təmin edir. Azərbaycanın birinci xanımı xəstəxananın kollektivi ilə görüşüb, səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin də təbriklərini onlara çatdırıb. Əsaslı təmirdən sonra xəstəxanada həm əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, həm də həkimlərin fəaliyyəti üçün gözəl şərait yaradıldığını qeyd edən Mehriban xanım Əliyeva Bakıətrafı qəsəbələrdə geniş abadlıq-quruculuq işlərinin məmnunluq doğurduğunu deyib.
Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə də tanış olub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info