Trampın telefon danışıqlarını mətbuata kim sizdırır?
Tarix: 10.02.2017 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


ABŞ administrasiyası araşdırmaya başlayıb: Tramp “Obamanın adamları”ndan şübhələnir

ABŞ administrasiyası ölkə prezidenti Donald Trampın xarici ölkə liderləri ilə telefon danışıqlarının detallarının mətbuata necə ötürülməsini araşdırmağa başlayıb. Bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bildirib.
“Biz həyəcan doğuracaq vəziyyəti öyrənməyə çalışırıq”- deyə Spayser “The Hill” nəşrinə açıqlamasında deyib. Spayser qeyd edib ki, belə xəbər sızmaları qanun pozuntusudur. Qeyd edilməlidir ki, Ağ Ev nümayəndəsi baş verənlərlə bağlı hansı araşdırmanın aparılması barədə heç bir məlumat verməyib. Lakin o, yaranan vəziyyətdən dövlət başçısının şəxsən narahatlıq keçirdiyini dilə gətirib: “Əlbəttə, prezident də bunlardan çox narahatdır. Reallıq budur ki, onun bütün telefon danışıqları müəmmalı şəkildə mətbuata sızdırılır”. Xatırladaq ki, bir müddət bundan əvvəl Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması ilə bağlı müqavilədən narazı olduğunu deməsi ilə bağlı, xəbərlər yayılıb. Bundan əlavə KİV-lər Trampın Meksika prezidenti və Avstraliyanın baş naziri ilə sərt danışıqları barədə də məlumatlar yayıb. ABŞ administrasiyası isə bu məlumatları təkzib edib. Qeyd edək ki, Donald Tramp Ağ Evdə yaşananların KİV-lərə ötürülməsində günahkar kimi, Barak Obama komandasının üzvlərini ittiham edib. ABŞ lideri informasiya sızmasını “biabırçılıq” kimi dəyərləndirib: “Obamanın adamları” hələ də Ağ Ev və Milli Təhlükəsizlik Şurasında fəaliyyətlərini davam etdirirlər. Xəbər sızmaları ölkə üçün təhlükədir”. Qeyd edək ki, “Röyters” Donald Tramp və Vladimir Putin arasında yanvarın 28-də keçirilmiş ilk telefon danışığının detallarını yayıb. “Röyters”ə danışığın detallarından məlumatlı olan, lakin adlarının hallanmasını istəməyən iki amerikalı məmur bildirib. Qeyd edilir ki, ilk telefon danışığı zamanı Tramp Strateji Hücum Silahlarının (SHS) azaldılmasına dair sazişi tənqid edərək, onun ABŞ üçün uğursuz olduğunu bildirib. Mənbələrin məlumatına görə, telefon danışığı zamanı Rusiya prezidenti SHS sazişinə toxunarkən, Tramp danışığa fasilə verib və müşavirlərindən razılaşma barədə maraqlanıb. Məlumatlandırıldıqdan sonra Tramp Putinə bəyan edib ki, qeyd olunan razılaşma eks-prezident Barak Obama administrasiyasının uğursuz sazişlərindən biridir. Onun sözlərinə görə, həmin saziş yalnız Rusiyanın maraqlarına cavab verir. SHS sazişinin prezidentlər tərəfindən müzakirə edilməsi barədə nə Kreml, nə də Ağ Ev rəsmi məlumat yaymayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info