Tevos Arşakyan: “Əliyev Ermənistana rəhm etməyərək diplomatik sahədə ardıcıl zərbələr vurur”
Tarix: 10.02.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“Bu, onlarda yaxşı alınır. Azərbaycanlılar və türklər Ermənistanı qlobal miqyasda rüsvay etməyə nail olurlar”

Barəsində cinayət işi qaldırılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyalunması nəticəsində bir daha aydın göründü ki, heç bir dünya ölkəsi Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma “DQR”-i qəbul etdirmək cəhdlərinə dəstək vermir.
Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında ifşa edir və onun iflasını sürətləndirir. Aleksandr Lapşinin ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma “DQR”-in təbliğatını aparan şəxslərə mesaj oldu, onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və düzgün nəticə çıxarmağa vadar edir. Bu da Ermənistan və erməni lobbisinin beynəlxalq miqyasda qondarma “DQR”-i təbliğ etmək siyasətini iflasa uğradan ciddi zərbədir.

“ArmenianReport”:
“Lapşinin ekstradisiyası Ermənistan diplomatiyasının növbəti məğlubiyyətidir”


Erməni müəllif Tevos Arşakyan “ArmenianReport”da yazır ki, Lapşinin Azərbaycana verilməsi növbəti dəfə Ermənistan diplomatiyasının nə qədər zəif vəziyyətdə olduğunu ortaya çıxarıb: “Onsuz da cəmiyyət uzun müddətdir ki, Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazıdır. Son illərdə Əliyev Ermənistana rəhm etməyərək diplomatik sahədə ardıcıl zərbələr vurur. Bu, onlarda yaxşı alınır. Azərbaycanlılar və türklər Ermənistanı qlobal miqyasda rüsvay etməyə nail olurlar. Biz isə təbliğat və diplomatiya sahəsində səssiz müdafiəyə çəkilmişik. İndi isə Lapşinin məsələsində biz eyni hala düşmüşük. Minsk və Bakının hücum mövqeyinə bizim diplomatiyamız necə cavab verdi? Bizim Minskdəki səfirimiz ekstradisiyanın qarşısını almaq üçün nə etdi? Demək olar ki, heç nə. Səfir mətbuata müsahibəsində bildirib ki, ekstradisiyanın qarşısını almaqda aciz olub. Əgər aciz durumdasansa, onda vəzifəni tərk et”.

Erməni polis, oğlu qeyri-döyüş şəraitində öldürülən əsgər anasının üzünə tüpürüb

Qeyd edək ki, Ermənistan cəmiyyətində yaranan təlaş hər gün bir qədər də artır. Erməni əsgər anaları övladlarının işğal olunmuş ərazilərdə xidmət etməsini istəmirlər. Əsgər anaları övladlarının qeyri-döyüş şəraitində öldürülməsindən ciddi şəkildə narazıdırlar. Bunun üçün onlar müxtəlif instansiyalara müraciət etsələr də onları dinləyən yoxdur. “Epress” yazır ki, övladı qeyri-döyüş şəraitində ölən bir qrup əsgər anası hökumət üzvlərinin yerləşdiyi binanın qarşısında aksiya keçirmək istəyib. Həmin analardan biri-Nana Muradyan “Epress”ə bildirib ki, hökumət evinin qarşısında dayanan polislərdən biri onu itələyib, üzünə tüpürüb və ona “bomj”, hambal deyib. Əsgər anaları müdafiə naziri Viken Sərkisyanla görüşmək istəyiblər. Nana Muradyan dəfələrlə Ermənistan Müdafiə Nazirliyinə müraciət etsə də, onun şikayətinə baxan yoxdur. Ona görə də əsgər anaları bir araya gələrək aksiya keçirmək qərarına gəliblər. Nana Muradyan bildirib ki, nazir gələnə yaxın bir neçə polis onlara yaxınlaşıb. Onlardan biri Nana Muradyanın üzünə tüpürüb, ona zərbə vurub və polis idarəsinə aparmaqla hədələyib. Qalmaqalın böyüdüyünü və mətbuat nümayəndələrinin gəldiyini görən polislər əsgər anasını təhqir edən polisləri oradan uzaqlaşdırıblar.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”
15.07.2019
Putin Ərdoğanı ölümdən necə xilas etdi? - Video
15.07.2019
“Asiya NATO”su: Çin yeni hərbi alyans formalaşdırmaq planı hazırlayıb
15.07.2019
“Türk Hava Yolları” qitələrarası uzuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info