“NATO-nun sərhədlərimiz yaxınlığındakı hərəkətləri təxribat xarakterlidir”
Tarix: 10.02.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


“NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərəkətləri təxribat xarakteri daşıyır”. Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov “İzvestiya” nəşrinə müsahibəsində bildirib. “Buraya həm də, Polşa və Baltikyanıda Alyansın əlavə hərbi kontingentlərinin yerləşdirilməsi aiddir. Qeyd edim ki, artıq Şərqi Avropanın digər ölkələri - Bolqarıstan və Rumıniyada da analoji kontingentlərin yerləşdirilməsi ətrafında diskussiyalar aparılır”, - deyə nazir bildirib. XİN rəhbərinin sözlərinə görə, təxribat hərəkətlərə həmçinin bloka üzv olan bəzi ölkələrin silahlı qüvvələrinin təkmilləşdirilməsinə dair milli planlarının ardıcıl reallaşdırılması, yeni hərbi infrastrukturun qurulması və sərhədlərimiz yaxınlığında NATO təlimlərinin sayının və miqyasının xeyli artması da aiddir. Lavrovun sözlərinə görə, qeyd olunan məsələlər, habelə NATO-nun Rusiya ilə mülki və hərbi kanallarla əməli əməkdaşlığın tamamilə dondurulmasına dair birtərəfli qərarı etimadsızlığın artmasına və Avropa qitəsində qüvvələrin mövcud balansının pozulmasına gətirib çıxarır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info