“Xocalı soyqırımı ermənilərin 100 ildə Azərbaycana qarşı keçirdikləri vəhşiliklərin ən ağırıdır”
Tarix: 11.02.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması” haqqında qanun layihəsi hazırlanıb

Milli Məclisdə yeni hazırlanmış “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması” haqqında qanun layihəsinin təqdimatı keçirilib. Parlamentin sədr müavini, MM-in İnsan haqları komitəsinin sədri Bahar Muradovanın sədrliyi ilə keçirilən təqdimatda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, respublika hərbi prokuroru Xanlar Vəliyev, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, deputatlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
B. Muradova bildirib ki, Azərbaycan zaman-zaman öz ərazilərini itirib, vətəndaşları qırğına məruz qalıb, mədəniyyət abidələri dağıdılıb: “Biz beynəlxalq aləmi məsələ ilə bağlı düzgün bilgiləndirmək, Azərbaycana qarşı törədilən cinayətlərin hüquqi qiymət alması və cinayətkarların cəzalandırılması barədə məlumatlandırmaq yönündə müəyyən işlər görmüşük. Ancaq bu gün ərazilərimiz işğal altındadır, insanlar öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. Dünya vaxtında bu cinayətlərin mahiyyətindən xəbərsiz olub. Bu hadisələrə ilkin münasibət ümummilli lider hakimiyyətə qayıdandan sonra verilib, BMT-yə müraciət edilib, çoxsaylı cinayət işləri qaldırılıb. Cinayətkarlar bəlli olsa da, qonşu ölkələrin rəhbərliyində təmsil olunaraq cəzadan yayınırlar”.

Xocalı qətliamını rəsmi şəkildə tanıyan ölkələrin sayı artır
Beynəlxalq cinayətlər barədə yeni qanun layihəsinin təqdimatı zamanı çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, indiyədək beynəlxalq aləmdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilsə də, hələlik məsələyə lazımi hüquqi qiymət verilmədiyi üçün qarşımızda mühüm işlər dayanır: “Azərbaycan Prezidentinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı sərəncamı diqqətimizi bu məsələyə yönəldir”. O qeyd edib ki, sərəncama əsasən müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək: “Bu, bütün dövlət strukturlarının qarşısında duran əsas vəzifədir. Xocalı soyqırımı ermənilərin 100 ildə Azərbaycana qarşı keçirdikləri vəhşiliklərin ən ağırıdır. Biz bunu bu şəkildə dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Beynəlxalq aləmdə də soyqırımı ən ağır cinayət əməli kimi qiymətləndirilir. Biz də bundan istifadə edərək ölkəmizə qarşı törədilən cinayət işinin günahkarları cəzalandırmağa çalışmalıyıq. Burada çox faktlar məlumdur. Onu törədən vaxtilə Ermənistan rəhbərliyində təmsil olunan şəxslər - keçmiş prezident Köçəryan, indiki rəhbər Sərkisyan və digər şəxslərdir. Onların çoxları da öz çıxışlarında günahlarını gizlətməyə çalışmırlar. Sərkisyan bu işdə yaxından iştirak etdiyini etiraf edərək əməllərinə bəraət qazandırmağa çalışıb”.
PA rəsmisi qeyd edib ki, bu gün qarşıda duran vəzifə siyasi informasiya mübarizəsi işini gücləndirmək, məsələyə beynəlxalq qiymətin verilməsinə nail olmaqdır: “Aparılan işlərin nəticəsində Xocalı qətliamını rəsmi şəkildə tanıyan ölkələrin sayı artır. Bu, informasiya sahəsində aparılan işlərin nəticəsidir. ABŞ-da da bu sahədə geniş fəaliyyət aparılır. Artıq ABŞ-ın 20-dən artıq ştatı bunu qətliam kimi qəbul edib və bu fəaliyyət davam etdirilir. Bu gün xeyli uğurlar qazansaq da, təcrübə göstərir ki, qalib çıxmağımız, torpaqlarımızın azad olunması, ona lazımı qiymətin verilməsi üçün kifayət deyil. Biz işimizi daha da intensivləşdirməli və məsələyə hüquqi qiymətin verilməsinə dair işlərimizi davam etdirməliyik. Bu baxımdan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsini yüksək qiymətləndirirəm. Bu sənəd hüquqi baxımdan işlərin yekunlaşmasına öz töhfəsini verəcək ki, bunu törədənlərin cəzalandırılmasına nail olaq, ərazi bütövlüyümüzü pozanlara qarşı zəruri işlərimizi görə bilək”.

Aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib ki, Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı 700 ərizə göndərilib. O qeyd edib ki, artıq həmin işlər icraata götürülüb. Ç. Əsgərov bildirib ki, Milli Qəhrəman Çingiz Qurbanovun nəşinin ermənilərdən alınması üçün böyük addımlar atılıb: “Möhtərəm Prezidentin göstərdiyi səylər danılmazdır. Həmin hadisə ilə bağlı azərbaycanlı hüquqşünaslar tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib”.
PA rəsmisi bloger Lapşinin ekstradisiyasını da şərh edib. O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı olan blogerin Azərbaycana gətirilməsinin əhəmiyyətsizliyindən danışanların fikri yanlışdır: “Bizim həyata keçirdiyimiz iş qanun çərçivəsindədir və bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.

Xanlar Vəliyev:“Azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə görə 297 nəfər axtarışa verilib"

Qanun layihəsinin təqdimatında çıxış edən respublika hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə dair 297 nəfərin həbsi üçün beynəlxalq axtarışla bağlı qərar qəbul edilib, İnterpol vasitəsi ilə axtarışa verilib. O qeyd edib ki, hələ də 297 nəfərdən heç kim saxlanılaraq, Azərbaycana verilməyib: “Buna da səbəb ikili standartlardır”.
Xanlar Vəliyev ictimaiyyət nümayəndələrinə, o cümlədən deputatlara müraciət edib. X. Vəliyev Hərbi Prokurorluqda Memorial Soyqırımı Muzeyinin olduğunu deyərək, hər kəsi muzeyi ziyarət etməyə dəvət edib. O bildirib ki, muzeydə Azərbaycana qarşı törədilən soyqırımları haqqında bütün məlumatlar var: “Çox yaxşı olardı ki, ora gələrdiniz. Soyqırımı Muzeyi ilə tanışlığınız vacibdir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Sosial media terror fəaliyyətinin cəmiyyətə təsirini artırır”
18.12.2018
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
18.12.2018
Makedoniyalı siyasətçi: “Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”
18.12.2018
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər müzakirə edilib
18.12.2018
AQTA media nümayəndələri üçün təlimə start verib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info