H. Əliyevin yubileyi ilə əlaqədar Naxçıvanda silsilə tədbirlər keçiriləcək
Tarix: 13.02.2017 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı muxtar respublikada silsilə tədbirlər keçiriləcək, Naxçıvanda “Həsən Əliyev-110” mövzusunda elmi konfrans təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, ali və orta ixtisas təhsili müəssisələrinin təşkilatçılığı ilə gənclərin və tələbələrin akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyaları da təşkil olunacaq. Naxçıvan şəhərində Həsən Əliyev küçəsi yenidən qurulacaq.
Zəngəzur qəzasının Comərdli kəndində 1907-ci il dekabrın 15-də anadan olan Həsən Əliyev Vətənimizi qarış-qarış gəzib, onun zəngin təbiətini hərf-hərf, sətir-sətir, vərəq-vərəq oxuyub, öyrənib. Təbiət vurğunu olan alim təbiətin mühafizəsi üçün geniş elmi fəaliyyətlə məşğul olub. Onun elmi yaradıcılığının bünövrəsi təbiətin mühafizəsi, torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemləri, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif istiqamətləri ilə bağlı olub.
Akademik Cənubi Qafqaz torpaqlarının coğrafiyasının tədqiqinə, Azərbaycanda beynəlxalq bioloji proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib. Görkəmli alimin 1982-ci ildə çap olunan “Həyəcan təbili” kitabında torpaq haqqında dəyərli fikirləri qeyd olunub. Həsən Əliyev Kanada, Yaponiya, Macarıstan, Almaniya, Fransa, Belçika, Amerika Birləşmiş Ştatları, Vyetnam və başqa ölkələrdə konqreslərdə maraqlı məruzələrlə çıxış edib.
1960-cı ildə Beynəlxalq Torpaqşünaslıq Cəmiyyətinin üzvü seçilən Həsən Əliyev Azərbaycanda təbiəti mühafizə və ekologiya elminin banisi və əsas yaradıcısı kimi tanınır. Həsən Əliyevin təşəbbüsü ilə yaradılmış və 15 ildən artıq baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalı onun respublikamıza verdiyi ən dəyərli töhfələrdən biridir. Akademik Həsən Əliyevin XX əsr Azərbaycan elminin korifeyləri ilə birgə əsasını qoyduqları elmi istiqamətlər bu gün Azərbaycan elminin simasını müəyyən edir. Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri onun rəhbərliyi ilə formalaşıb, inkişaf edib. O, Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə elminin yaradıcısı olub. Görkəmli alimin gərgin əməyinin məhsulu olan 800-dək elmi əsər, o cümlədən kitablar və monoqrafiyalar Azərbaycanda torpaqşünaslıq, botanika, biocoğrafiya, meşəçilik, ətraf mühitin mühafizəsi və digər elmlərin mühüm nailiyyətləri kimi qiymətləndirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info