Azərbaycan ilə Pakistan arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib
Tarix: 13.02.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Pəncab əyalətinin qubernatoru Malik Rafiq Rəcvana ilə görüşüb. Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Həmçinin Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında vaxtilə imzalanmış protokola əsasən yaradılmış qardaşlaşmış şəhər münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyi vurğulanıb. Azərbaycanın digər şəhərləri ilə Pəncab əyalətinin Lahor şəhəri arasında da yaxın əlaqələrin yaradılması imkanları müzakirə olunub. M.R.Rəcvana vurğulayıb ki, Azərbaycan Pakistan üçün ən yaxın ölkələrdən biridir və Pəncab əyaləti də bu əlaqələrin inkişafına hər zaman töhfə verməyə hazırdır.
Qubernator iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi, Azərbaycandan Pakistanın Lahor və digər şəhərlərinə birbaşa təyyarə reyslərinin açılmasının əhəmiyyətini qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info