Diaspor üzvü: “Həmkarımız Hollandiyada erməni diasporu ilə üz-üzədir”
Tarix: 13.02.2017 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına qarşı erməni diasporasının iddiası ilə açılan məhkəməyə bir aydan az vaxt qalıb. Cinayət işinin açılmasına səbəb onun 2014-cü ildə Hollandiyanın Almado şəhərində “erməni soyqırımı” abidəsinin tikilməsinə etiraz olaraq etdiyi çıxışı olub.
Qeyd edək ki, İlhan Aşkına Hollandiya cinayət məcəlləsinin 137d maddəsi ilə cinayət işi açılıb. O, rasizmdə ittiham olunur.
Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzinin (DABKM) sədri Hikmət Cavadov isə təcili şəkildə hərəkətə keçmək lazım olduğunu bildirir: “Bu məhkəmə prosesi dünyadakı bütün Azərbaycan diaspor təşkilatlarına qarşıdır. Hazırda yanlış addım atmamaq üçün İlhan Askının vəkili ilə məsləhətləşmələr aparırıq. Yeri gəlmişkən, Avropada vəkil xidməti bahalıdır və bu məsələdə mütləq maddi yardım göstərmək gərəkdir. Bir daha təkrar edirəm ki, bu, ümümmilli məsələdir və həmkarımız tək bir şəxslə deyil, oradakı erməni diasporu ilə üz-üzədir. Lazım gəldiyi halda dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarından və eləcə də, bizə yaxın mövqedə olan beynəlxalq təşkilatlardan məhkəməyə müraciətlər ünvanlanmalıdır. Bu işdə milli mətbuatımızın aktivliyinə də böyük ehtiyac var. Prosesi uduzduğumuz halda düşmən diasporu bu qərardan dünyanın hər yerində haqq mövqeyimizə qarşı istifadə edəcək. Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi bütün təşkilatlarımızı birgə aktivliyə çağırır. Diaspor fəaliyyəti heç də bayramlarda xonça bəzəyib konsertlər keçirmək, qarşılıqlı təriflər və alqışlarla müşayiət olunan toplantılar təşkil etməkdən ibarət deyil”.
Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın isə KIV-ə açıqlamasında bildirib ki, 2014-cü ildə etdiyi “Əgər savaş çıxarsa, Qarabağ ermənilərin məzar yeri olacaq” ifadəsinə görə 2016-cı ildə haqqında cinayət işi açılıb:
“Hollandiyanın ən güclü vəkillərindən birini tutmuşam, lakin burada qiymətlər çox bahadır. Vəkilin pulunu dost-tanışlardan toplayaraq vermişəm”.
İ.Aşkının sözlərinə görə, yardım üçün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə ötən il müraciət edib, söz versələr də hələ ki yardım göstərilməyib:
“Milli Məclisdə təkcə Qənirə xanım bir dəfə bu məsələni qaldırdı, bununla da mövzu bağlandı. Bir deputat mənə zəng edib maraqlanmadı. Axı bu sadəcə mənim şəxsimdə açılmış məhkəmə işi deyil. İstərdim ki, məhkəmə günü gəlib burada mənə dəstək olsunlar”.
Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin müdiri Elşad Miraləm bildirib ki, Azərbaycan dövləti qanunvericilik çərçivəsində İlhan Aşkına yardım göstərilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info