İraq türkmənləri Xocalı soyqırımını andılar
Tarix: 13.02.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


“İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi” Ankara şöbəsinin qərargahında Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olunub. Bu haqda tədbirin təşəbbüsçüsü tarixçi Cavid Mövsümlü bildirib. “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin” təşkilatçılığı ilə gerçəkləşən “Xocalı Soyqırımının” anım proqramında Ankarada yaşayan İraq Türkmənləri, azərbaycanlılar, türkiyəlilər, fərqli təşkilat və mətbuat təmsilçiləri iştirak ediblər. Konfrans Xocalı soyqırımı və bütün Türkmən, Azərbaycan, Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilərək, fatihə oxunması ilə başlanıb. Daha sonra qonaqlara Xocalı soyqırımını anladan qısametrajlı film izlədilib.
Türkməneli TV-nin Ankara təmsilçisi, şair Qanim Qəssaboğlunun aparıcılığı ilə davam edən konfransda “Təlafər Mədəniyyət Mərkəzinin Ədəbiyyat və İncəsənət” şöbəsinin müdiri, Türkməneli şairi Miqdət Həvdioğlu, azərbaycanlı tarixçi Cavid Mövsümlü, “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi” Ankara şöbəsinin sədri Abbas Türkmən Xocalı Soyqırımı mövzusunda fərqli mövzularda çıxış ediblər. Konfransın dəvətli məruzəçisi Cavid Mövsümlü öz çıxışının sonunda İraq Türkmənlərinə qardaşları olan Azərbaycanlıların acısına şərik çıxdıqları üçün öz xalqı adına təşəkkür edib və bu yaxşılığı Azərbaycanlıların heç bir zaman unutmayacağını söyləyib. Öz növbəsində dərnəyin Ankara şöbəsinin sədri Abbas Türkmən də tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür etdikdən sonra bildirib ki, İraq Türkləri hər zaman canı bir, qanı bir azərbaycanlı qardaşlarının yanında olmağa hazırdılar.
Tədbir sonunda “Türkməneli TV” konfransda iştirak edən azərbaycanlı qonaqlardan müsahibə alıb. Müsahibədə iştirak edən tarixçi-jurnalist Mehparə Sultanova düzənlənən tədbirin əhəmiyyətindən, əslən Şuşadan olub, Ankarada təhsil alan Humay Nəsibova isə Qarabağla bağlı faciəli xatirələrindən danışıblar. Sonda xatirə şəkilləri çəkilib.



Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info