Cocuq Mərcanlıda 96 şagird yerlik məktəb binasının tikintisinə bu günlərdə başlanılacaq
Tarix: 13.02.2017 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasını aparacaq tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib və birgə müzakirələr aparılıb.
Komitədən verilən məlumata görə, Baş nazirin müavini bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Bu gün regionda dünya üçün terror mənbəyi olan, qonşu ölkələrə ərazi iddiası ilə sərsəm ideologiya daşıyıcısına çevrilən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qəbul edilən qərar və qətnamələri yerinə yetirməkdən boyun qaçıran, bununla da bir dövlət kimi süqutunu gündən-günə yaxınlaşdıran Ermənistan, nəhayət, iyirmi iki illik atəşkəsdən sonra öz layiqli cavabını aldı. Keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu əməliyyat zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.
Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamının, Böyük Qayıdış Proqramının icrasına Cocuq Mərcanlıdan başlanmasının və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiyasının bütün beynəlxalq aləmə səs saldığını, Ermənistanda böyük çaxnaşmaya səbəb olduğunu deyən Əli Həsənov bildirib ki, bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, uğurlu xarici siyasətinin nəticəsidir və onun bütün dünyada böyük hörmət və nüfuza malik siyasi lider olduğunun göstəricisidir.
Baş nazirin müavini, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti və nüfuzu qarşısında beynəlxalq siyasi arenada da təklənmiş duruma düşən işğalçı Ermənistanın cinayətkar başçısı ölkəsindəki kütləvi etirazların qarşısını almağa və təkləndiyini ört-basdır etməyə çalışır.
Müşavirədə bildirilib ki, dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən birinci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanılacaq. Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcək. Ərazidə bundan əlavə yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək. Yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır.
Azərbaycan Prezidentinin Sərəncamının böyük əhəmiyyət kəsb etdiyini və belə bir qəsəbənin tikintisində iştirak etməyin qürurverici olduğunu deyən tikinti şirkətlərinin rəhbərləri qəsəbədə istər yaşayış evlərinin, istərsə də məktəb binasının, kommunikasiya xətlərinin və digər texniki infrastrukturların inşasında işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər.
Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb
21.09.2019
Boko Haram qruplaşmasının yeddi üzvü dә öldürülüb
21.09.2019
Parisdə polis “Sarı jiletlilər“in aksiyasında 39 nəfəri saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info