Azərbaycan Nigeriyada keçirilən xeyriyyə aksiyasında təmsil olunub
Tarix: 13.02.2017 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Nigeriyanın Laqos şəhərində “Kiçik dünya” adlı xeyriyyə aksiyası keçirilib.
Beynəlxalq Qadınlar Təşkilatı tərəfindən reallaşdırılmış bu tədbirdə Laqosda yaşayan 36 ölkənin nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər.
Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı, Beynəlxalq Qadınlar Təşkilatının maliyyə meneceri Billurə Bayramova təmsil edib.
B.Bayramova AZƏRTAC-a bildirib ki, tədbirin qonaqlarına Azərbaycanın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava təqdim olunub. Nigeriya mediasına və tədbirin iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib.
Beynəlxalq Qadınlar Təşkilatının maliyyə meneceri bildirib ki, mərasimə müxtəlif ölkələrin səfirləri, Laqosda fəaliyyət göstərən məşhur şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər qatılıb. Aksiyanın açılış və bağlanış mərasimində Azərbaycanı milli geyim və bayrağımızla Fransa vətəndaşı Antuan Bernard təmsil edib.
Billurə Bayramovanın sözlərinə görə, xeyriyyə aksiyasının təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif dövlətlərin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinin milli musiqisi, mədəniyyəti və tarixi barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir. Aksiyadan əldə olunan vəsaiti Nigeriyadakı məktəb, xəstəxana, uşaq və qocalar evlərinə yönəltmək nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info