“Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək”
Tarix: 13.02.2017 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Gürcüstan 25 ərzində dostluq və mehriban qonşuluq münasibətlərini davam etdirir”.
 
Bu sözləri Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib. O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq var:
 
“Əməkdaşlığımız müvafiq formatlarda davam edir və biz bu dialoqu intensiv şəkildə davam etdirmək fikrindəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik. Ümid edirəm ki, bunlar pozitiv nəticələr verəcək. Regionda energetika və nəqliyyat layihələrinə önəm veririk. Tranzit imkanlarını artırmaq niyyətindəyik. Bu istiqamətdə mühüm layihələr var. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə veriləcək”.
 
M. Canelidze bəyan edib ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir: “Əməkdaşlığımız Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də davam edir. Azərbaycanı Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik”. 

Tural





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info