Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medal qazanıblar
Tarix: 13.02.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Parisdəki “Accorhotels Arena”da keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb. Azərbaycan millisi bu idman üzrə ən mötəbər hesab olunan Paris turnirində 3 medal qazanıb. Elxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) beynəlxalq turnirin bürünc medalına sahib olublar. İki gün davam edən yarışlarda 63 ölkədən 459 idmançı mübarizə aparıb. Turnirdə ölkəmizi 7 idmançı təmsil edib. Cüdo üzrə Azərbaycan yığma komandasının məşqçisi Mehman Əzizov deyib ki, “Böyük dəbilqə” turnirində qazandığımız nəticə qaneedicidir: “Çünki bu idman növündə ən mötəbər yarış olan Paris turnirində yeddi idmançı ilə təmsil olunduq və üç medal qazandıq”. O bildirib ki, Orxan Səfərov (66 kq), Nicat Şıxəlizadə (73 kq) və Hidayət Heydərov turnirin bürünc medalını qazanıblar. “Paris turnirində medal qazanan Hidayət Heydərov çox gəncdir, onun hələ 20 yaşı tamam olmayıb. Açığını desəm, mən ondan belə nəticə gözləmirdim. Amma o özünü yaxşı tərəfdən göstərdi. Hidayətin yaxşı perspektivi var. On doqquz yaşında belə bir mötəbər turnirdə bürünc medal qazanmaq böyük gələcəkdən xəbər verir. O, Vətənə əlidolu qayıdır. Ümid edirəm ki, bu müvəffəqiyyət onun üçün axırıncı yox, axarıncı olacaq”, - deyə M. Əzizov bildirib. O, həmçinin qeyd edib ki, Paris turnirindən sonra Azərbaycan idmançıları Romaya gedəcək və bu şəhərdə keçiriləcək Avropa kubokunda qüvvələrini sınayacaqlar. Vurğulanıb ki, Paris turnirindən sonra bir çox digər komandalar kimi, Azərbaycan yığması da üçgünlük təlim-məşq toplanışında iştirak edəcək və fevralın 16-da Vətənə dönəcək. M.Əzizov onu da deyib ki, mart ayında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Böyük dəbilqə” turniri keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info