Açıq Hökumət Platforması Gürcüstanın ədliyyə naziri ilə görüşüb
Tarix: 14.02.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib. Toplantıda hazırda Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyətinin həmsədri olan Gürcüstan ədliyyə naziri xanım Tea Tsuikilani də iştirak edib və Platforma üzvləri ilə müzakirələr aparıb. Görüşdə Platformanı QHT-lərlə birgə hökumətdən olan üzvlər, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, millət vəkili Vüsal Hüseynov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil edib. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov, Baş Prokurorluq, XİN, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri də görüşdə iştirak edib. Açıq Hökumət Platformasınının koordinatoru Əliməmməd Nuriyev platforma haqqında məlumat verib. O bildirib ki, Platforma 2016-cı ilsentyabrın 9-da təsis olunmuş Platformada Azərbaycan vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edən 31 aparıcı QHT və parlament, 9 dövlət qurumu təmsil olunur. Platformanın yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir. Platforma açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edir. Platforma hər bir QHT üçün açıqdır: “Əminik ki, Platforma hər bir QHT üçün müzakirə və əməkdaşlıq imkanlarını təmin edən çox əhəmiyyətli müstəvi kimi, Azərbaycan vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcək. Artıq QHT-lərin fəaliyyətəni tənzimləyən qanunvericiliyə edilən dəyişikliklər və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün şərtlərin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlar Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığının ən əhəmiyyətli təzahürüdür. Platformanın ilk iclaslarında ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dair hüquqi mühitin təkmilləşdirilməsi və bu qurumların fəaliyyəti üzrə praktiki çətinliklərin aradan qaldırılması məsələləri müzakirə edilib. Platforma adından bu məsələlərin həlli ilə bağlı hökumətə təkliflər təqdim edilib. Hökumət tərəfindən QHT-lər üçün əlverişli şəraitin təkmilləşdirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təsisatları ilə dialoq formatında daimi müzakirələr aparılıb və bununla bağlı konkret addımlar atılıb. 2016-cı il oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında" Fərman imzalanıb. Platformanın təklifləri Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə qərarlarında nəzərə alınıb. Bu qərarlar qrant müqavilələrinin qeydiyyatına süni maneələr və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır. Bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir. Qrant müqavilələrinin xidmət müqaviləsi kimi qeydiyyata alınmasına imkanlar yaranır. Eyni zamanda, xarici donorlar tərəfindən qrantların verilməsi proseduru xeyli sadələşdirilib. Təqdim olunmalı olan sənədlərin sayı azaldılıb. Müraciətə baxılması müddətləri 2 dəfəyədək azaldılıb. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina üçün əsaslar dəqiqləşdirilib. Bütün bunlar əhəmiyyətli irəliləyiş kimi qeyd edilməlidir”. Ə.Nuriyev məlumat verib ki, Platforma açıqdır, artıq üzvlüklə bağlı müraciətlər daxil olub və növbəti toplantılar zamanı bunlara baxılacaq. Eyni zamanda bir sıra nazirlik və dövlət qurumları da Platformaya üzvlüklə bağlı müraciət edib. Platformanın koordinatoru xüsusilə qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti ölkəmizin Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatında fəaliyyətini davam etdirməsini istəyir. “Açıq Hökumət Təşəbbüsü məhz vətəndaş cəmiyyəti üçün önəmlidir. Məhz vətəndaş cəmiyyəti üçün yeni imkanlar yaradır”.

Platformanın üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, millət vəkili Vüsal Hüseynov Açıq Hökumət Təşəbbüsündə Azərbaycanın fəaliyyətinin 1 il müddətinə dayandırılması və bundan sonra ölkəmizdə görülən işlər barədə məlumat verib. V.Hüseynov qeyd edib ki, Azərbaycana münasibətdə çox sərt qərar qəbul edilib. Buna baxmayaraq, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatı ilə əməkdaşlıqda maraqlıdır və verilən tövsiyyələrin icrası istiqamətində əhəmiyyətli addımlar atılıb: “Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti ilə birlikdə hazırlanıb və qəbul edilib. Planın hazırlanmasında vətəndaş cəmiyyətinin təkliflərinin 60%-i nəzərə alınıb. Vətəndaş cəmiyyəti və dövlət qurumlarının, eyni zamanda parlamentin təmsil oldunğu Açıq Hökumət Platforması yaradılıb. QHT-lərin fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilib. Milli donor Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Açıq Hökumətlə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirib”. V.Hüseynov bir daha vurğulayıb ki, Açıq Hökumət Platforması hər bir QHT üçün açıqdır. Platforma koordinatoru tərəfindən üzvlüklə bağlı QHT-lərə müraciət edilib. V.Hüseynov xanım Tea Tsuikilaninin Azərbaycanda keçirdiyi görüşlərin ölkəmiz haqqında obyektiv məlumatların Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvlərinə çatdırılması baxımından çox mühüm olduğunu vurğulayıb. Gürcüstanın ədliyyə nazirliyi xanım Tea Tsuikilani qeyd edib ki, doğurdan da Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatı Azərbaycanla bağlı çox sərt qərar qəbul edib: “Gürcüstan bu məsələdə Azərbaycanı dəstəkləyib. Gürcüstan hesab edir ki, Azərbaycan bu təşəbbüsdə qalmalı və öz töhfəsini verməlidir”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info