İstanbulda kütləvi qətl törətmiş Maşaripov özünə ölüm hökmü arzulayır
Tarix: 14.02.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Yeni il gecəsi İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubuna hücum etmiş Abdulqadir Maşaripov özünə ölüm hökmü çıxarılmasını arzulayır.
Türkiyə KİV-ləri xəbər verir ki, Maşaripov məhkəmədə İstanbulda terror aktı törətmək üçün əmri heç vaxt görüşmədiyi Abu Cihad ləqəbli birisindən aldığını deyib. Terrorçunun dediyinə görə, hücumda istifadə etdiyi avtomat, güllə dolu 6 daraq və 3 qumbara ona kuryer vasitəsilə çatdırılıb. Hədəfinin “Taksim” meydanına yığışan xristianların olduğunu bildirən Maşaripov orada çoxlu polisin olması səbəbindən “Reina” klubunu seçib. “Mən klubdakı insanları atəşə tutduqdan sonra qumbaralardan birini öz yanımda partlatdım. Lakin o, işıq-səs qumbarası olduğundan sağ qaldım. Kluba ölmək üçün gəlmişdim və əgər məni ölüm hökmünə məhkum etsələr yaxşı olar”, - deyə terrorçu bildirib. Onun sözlərinə görə, hadisədən sonra silahı və geyiminin bir hissəsini klubda qoyaraq çölə çıxıb. Üzü yaralı olduğu üçün polis onu zərərçəkən hesab edib və terrorçu bir neçə taksi dəyişərək gizli ünvanına gəlib. KİV-in məlumatına əsasən, hadisəni qisas kimi qələmə verən Maşaripov törətdiyi əməldən peşman olmadığını bildirib. Hazırda o, Silivri həbsxanasında məhkəmə prosesinin sonunu gözləyir. Xatırladaq ki, Özbəkistan vətəndaşı Abdulqadir Maşaripov yanvarın 1-ə keçən gecə avtomatla silahlanaraq “Reina” gecə klubuna hücum edib. Aralarında 16 xarici vətəndaşın olduğu 39 nəfərin ölümü ilə nəticələnən terror aktının məsuliyyətini “İŞİD” qruplaşması üzərinə götürüb.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
İranın ali lideri İİKK-ya yeni komandan təyin edib
22.04.2019
Vladimir Zelenski kadr islahatlarını anons edib
22.04.2019
Türkiyə prezidenti Şri-Lanka hücumunu qınadı
22.04.2019
“Exit Poll“: Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir
22.04.2019
Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info