Rusiya “İŞİD”-in Palmirada tarixi abidələri məhv etməsi ilə bağlı görüntü yayıb
Tarix: 14.02.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Rusiya Müdafiə Nazirliyi Suriyanın Palmira şəhərində “İŞİD”-in tarixi abidələri məhv etməsi ilə bağlı görüntü yayıb. Rusiya MN-in mətbuat xidmətindən verilən məlumata görə, görüntülərdə terrorçuların Palmirada yerləşən, bizim eranın 270-ci ilində tikilən qədim Roma teatrının mərkəzi hissəsini və sütunlarını partlatdıqları açıq-aydın görünür.
“Rusiya pilotsuz uçuş aparatının fevralın 5-də əldə etdiyi görüntülərdə Suriyanın Palmira şəhərində “İŞİD” terrorçuları tərəfindən barbarlıq aktının həyata keçirilməsi və qədim şəhərin əsas tarixi abidəsinin məhv edilməsi qeydə alınıb. Bundan başqa, pilotsuz uçuş aparatı terrorçuların yük avtomobillərinin hərəkətinin Palmirada aktivləşdiyini də qeydə alıb. Bu, “İŞİD” terrorçularının daha çox partlayıcılardan istifadə edərək qədim memarlıq abidələrini məhv etmək niyyətində olduğunu göstərir”, - deyə Rusiya MN-in məlumatında bildirilib. Qeyd edək ki, ötən il Rusiya Hərbi Kosmik Qüvvələrinin səyi nəticəsində Palmira şəhəri terrorçulardan azad edilmişdi. Bundan sonra Rusiya tərəfindən Palmiraya ekspedisiyalar təşkil olunmuşdu. Lakin ötən ilin sonundan şəhər yenidən terrorçuların nəzarətinə keçib. Suriya hökumət qoşunları və Rusiya aviasiyası Palmira istiqamətində əməliyyata başlayıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info