“Davos Forumunun Bakıda keçirilməsi Azərbaycanın qələbəsidir”
Tarix: 11.04.2013 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Azərbaycanın nüfuzu beynəlxalq aləmdə gündən-günə artmaqdadır. Ölkəmizin bir-birinin ardınca müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycana artan diqqət və marağın göstəricisidir. Davos İqtisadi Forumunun Bakıda keçirilməsini də dövlətimizin çox ciddi uğurlarından hesab etmək olar. Bu aparılan uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Lakin təəssüf hissi ilə qeyd etmək istəyirik ki, bunu qəbul etməyənlər, ölkəmizin imicinə zərbə vurmaq istəyənlər hələ də var. AXCP sədri Əli Kərimlini belə şəxslərə misal göstərə bilərik. Müsahibimiz fəlsəfə doktoru Telman Haqverdiyevdir:
- Sizcə, indiki müxalifətin seçkilərdə iştirak etmək və Azərbaycanı idarə etmək potensialı varmı?
- Növbəti prezident seçkilərində İlham Əliyevə alternativ görə bilmirəm. Fikrimcə, Azərbaycanı yüksək intellektual potensiala malik şəxs idarə etməlidir. Bu şəxs İlham Əliyevdir. İndiki müxalifətin hakimiyyətə gəlməyi isə yatsam yuxuma da girməz. Hazırkı müxalifətin səviyyəsi hələ çox aşağıdır və getdikcə inkişaf edən dövlətimizin tələblərinə cavab vermir.
- Hazırda müxalifət partiyaları hakimiyyətə gələcəkləri təqdirdə dövlətin idarə edilməsi üçün müxtəlif əhəmiyyətli vəzifələrə təyin edəcəkləri şəxslərin siyahılarını mətbuatda açıqlayırlar. Müxalifətin dövlətimizi idarə edə biləcək səviyyədə kifayət qədər peşəkar kadrları varmı?
- Mən təxminən 13 il siyasətlə məşğul olmuşam. Mən onlarla dəfələrlə müxtəlif səviyyəli tədbirlərdə iştirak edib, ünsiyyətdə olmuşam. Bu insanların arasında gələcəkdə dövləti idarə edə biləcək səviyyədə şəxsləri görmürəm. Hazırkı iqtidarın isə kifayət qədər güclü intellektual potensiala malik kadrları var. Bu, yəqin ki, gələcəkdə artacaq. Ümumiyyətlə, YAP-dan güclü partiya tanımıram, hazırda siyasətlə məşğul olmasam da, gündəlik müşahidələrim əsasında bunu əminliklə deyə bilərəm.
- Müxalifət partiyaları seçki qabağı hələ siyasi proseslərdə aktivləşmənin o qədər də nəzərə çarpmadığı bir dövrdə seçkidə vahid mövqedən və vahid namizədlə çıxış edəcəklərini bildiriblər. Birləşmək bir yana qalsın, bir-biri ilə çəkişməyə başladılar. Sizcə, səbəb nədir?
- Onlar heç vaxt birləşə bilməzlər və birləşməyəcəklər. Çünki şəxsi ambisiyaları çox güclüdür. Bu da birləşmələrinə mane olur. Onların birləşməsi ancaq sözdə birləşmə ola bilər. Ona görə onlar bir-birilərindən üstün olduqlarını iddia edirlər. Xalqımız hər şeyi görür, cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdə olan nüfuzu göz qabağındadır. İlham Əliyev hələ Azərbaycanı uzun müddət idarə edə biləcək böyük bir şəxsiyyətdir. Hazırkı müxalifət bunu qəbul etməsə belə, ölkəmizdə həm neft-qaz sektoru, həm də aqrar sahə sürətlə inkişaf edir. Hətta dünyanın bir çox ölkələri buna görə Azərbaycana qibtə edir. Dünyada iqtisadi böhranın çox güclü hiss olunduğu bir vaxtda ölkəmizdə hər şey öz axarındadır, nəzərdə tutulan bütün dövlət proqramları həyata keçirilir. Davos Forumunun Bakıda keçirilməsi Azərbaycanın qələbəsidir. Foruma Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin nüfuzunun və ona olan diqqətin artmasının növbəti nümunəsidir.”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info