NATO-ya alternativ yaradılır?
Tarix: 14.02.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Jan-Mari Qeenno:“Əks halda, Trampın avropalılara münasibəti o qədər də ciddi olmayacaq”

“Avropa Birliyi NATO-nu qoruyub saxlamaq üçün alyans tərkibində xüsusi “dəstək qrupu” yaratmalıdır”. Belə bir təkliflə Beynəlxalq Böhran Qrupunun nüfuzlu təşkilatçılarından biri, vaxtilə BMT-nin baş katibinin müavini olmuş Jan-Mari Qeenno çıxış edib.
“NATO-ya üzv olan Avropa dövlətləri alyansın qorunması üçün məqsəd birliyi və gələcəyi görmə nümayiş etdirməlidirlər”-deyə o, “Politico” nəşrində dərc edilən məqaləsində bildirib. Qeennonun sözlərinə görə avropalılar siyasətlərində dəyişiklik etməlidirlər: “Əks halda, “yumşaq güc”ə deyil, “güc”ə üstünlük verən Trampın avropalılara münasibəti o qədər də ciddi olmayacaq”. Fransalı siyasətçi hesab edir ki, NATO-nun Avropadan olan əsas gücünə Avropa Birliyinə daxil olan altı ölkə və alyansa nisbətən yaxın zamanlarda üzv olan ölkələr daxil olmalıdır. Ekspert hesab edir ki, strateji dəyişikliyə hazir olan həmin dövlətlər NATO-ya alternativ kimi nəzərdə tutulmamalıdır.

BMT baş katibinin keçmiş müavini: “Avropalılar siyasətlərində dəyişiklik etməli və alyans tərkibində xüsusi “dəstək qrupu” yaratmalıdırlar”

Əksinə, onlar çalışıb NATO-nu daha da gücləndirməlidirlər: “Onların əsas işlərindən biri ABŞ-ın öhdəliklərinə sadiq qalmasına nail olmaqdır”. Qeenno hesab edir ki, alyansın daha çox hərbi gücə malik iki ölkəsi Almaniya və Fransanın bu təşəbbüsü öz üzərlərinə götürməlidirlər: “Avropa Birliyi üzvləri daxildəki incikliklərdən, ambisiyalardan imtina etməyəcəyi təqdirdə öz məqsədinə nail olmaqda çətinliklə üzləşəcək”. Amerikalı prezidentin NATO-nu “köhnəlmiş təşkilat” kimi dəyərləndirdiyini xatırladan fransız siyasətçi iddia edib ki, maliyyə əməliyyatlarına nəzarət itiriləcəyi təqdirdə alyansın siyasi ittifaq kimi mövcudluğu iflasa uğraya bilər. Xatırladaq ki, neçə müddətdən bəri Avropa KİV-lərində müdafiə imkanlarının təkmilləşdirilməsi çərçivəsində Avropa Birliyinə daxil olan ölkələrin vahid ordu yaratmaq barədə yayılan məlumatlar, deyəsən, özünü doğrultmur. Bunu Praqada nəşr edilən “Hospodarske noviny” qəzetinə verdiyi açıqlamada NATO Hərbi Komitəsinin sədri general Petr Pavel də etiraf edib: “Avropa Birliyinin hazırda birləşmiş silahlı qüvvələr yaratmaq ambisiyası yoxdur. Burada söhbət hazırda və gələcəkdə təhlükələrin qarşısını almaq üçün müdafiə qabiliyyətinin artırılması çərçivəsində əməkdaşlığın inkişafından gedir. NATO ilə Avropa Birliyi bu istiqamətdə sıx əməkdaşlıq etməklə yanaşı, öz səylərini əlaqələndirməyə də çalışırlar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
“Taliban“ tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər
18.07.2019
Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir
17.07.2019
BMT Yəməndə döyüşən tərəfləri mülki vətəndaşları qorumağa çağırdı
17.07.2019
Türkiyə HHQ İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info