Kürdəmirdə sənaye məhsullarının istehsalı artıb
Tarix: 14.02.2017 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər Kürdəmir rayonunda nəinki kənd təsərrüfatının, habelə sənayenin inkişafına güclü təkan verib.
Rayon İcra Hakimiyyəti xəbər verir ki, keçən il ümumi məhsul buraxılışında sənayenin çəkisi 21,4 faiz təşkil edib. Ümumiyyətlə, sənaye müəssisələri tərəfindən 70,9 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ildəkindən 8,5 faiz çoxdur. Rayonda fəaliyyət göstərən və sutkalıq istehsal gücü 50 ton olan Süd Emalı Zavodunda hazırda 13 çeşiddə heyvandarlıq məhsulları istehsal edilir. 2010-cu ildə təsis olunan “Azbiyan” MMC Yaponiyanın “Cokey Systems Co.LTD” şirkəti ilə şərikli fəaliyyət göstərir və zavodda ildə orta hesabla 114 ton xüsusi farmokoloji əhəmiyyəti olan biyan duzu emal olunur. Kürdəmirdə, həmçinin “Aveta” MMC-nin sutkalıq istehsal gücü 500 ton olan un zavodu və digər sənaye müəssisələri fəaliyyət göstərir ki, bu da istehsal gücünü ildən-ilə artırır. Hazırda rayonda sənaye məhsulları istehsalında özəl sektorun çəkisi 92,3 faizdir.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info