“Azexport.az” Rusiyanın məşhur “AqroServer.ru” portalına qoşulub
Tarix: 14.02.2017 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Vüsal Qasımlı:“F evralın ilk 10 günü ərzində “Azexport”un ixrac sifarişlərinin həcmi 2 milyon dollara yaxınlaşır”

“Azexport.az” daha bir yeniliyə imza atır. Artıq sahibkarların “Azexport.az” portalına daxil etdiyi məhsullar Rusiyanın məşhur “AqroServer.ru” portalına yüklənəcək. Qeyd edək ki, “AqroServer.ru” Rusiyanın kənd təssərüfatı, qida və emal sənayesi sahəsində satış həyata keçirərək, sahibkarlara önəmli informasiya dəstəyi verir.
Bir gün ərzində portalı təxminən 100 mindən artıq şəxs ziyarət edir. İİTKM-dən bildiriblər ki, “Azexport” “AqroServer” üzərindən Azərbaycan məhsullarını, xüsusilə rusdilli bazarlarda daha geniş təqdim etməyə imkan yaradacaq. Onu da qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqataladan olan 100-ə yaxın iş adamı ilə görüşü Şəkidə baş tutub. Şəki Şəhər İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov bildirib ki, qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. O deyib ki, aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, fevralın ilk 10 günü ərzində “Azexport”un ixrac sifarişlərinin həcmi 2 milyon ABŞ dollarına yaxınlaşır. Əsasən, Çin, Rusiya, Gürcüstan, Misir, Benin, Belarus, Pakistan, Toqo və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və s. məhsullara sifarişlər gəlir. İcraçı direktor bildirib ki, “Azexport” təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.

“Əsasən, Çin, Rusiya, Gürcüstan, Misir, Benin, Belarus, Pakistan, Toqo və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və s. məhsullara sifarişlər gəlir”


V.Qasımlı, həmçinin ölkədə aparılan iqtisadi islahatlar barədə sahibkarlara məlumat verərək, xüsusilə ixrac potensialının artırılması istiqamətində yaradılmış şəraitdən geniş istifadənin vacibliyini vurğulayıb. Daha sonra tədbirdə “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov çıxış edib. O sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxiledilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib. Görüşdə iştirak edən 100-ə yaxın sahibkar ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə “Azexport.az”-la əməkdaşlıq imkanları barədə suallar veriblər. Qeyd edək ki, “Azexport.az” portalı Prezidentin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsi ilə müxtəlif ölkələrdən ilin əvvəlindən 7 milyon dollara yaxın məhsul sifarişi daxil olub. “Azexport.az” komandasının bölgələrdə sahibkarlarla görüşləri davam edəcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info