Dövlət  əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər müəyyənləşib
Tarix: 14.02.2017 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət  əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər müəyyənləşib.
 
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli  tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı  əlavə tələblər”ində əksini tapıb.
 
Dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı aşağıda göstərilən əlavə tələblər müəyyən edilir:
 
- Respublika əhəmiyyətli muzeylərdə, dövlət kitab-xanalarında və arxivlərində təyinatından asılı olaraq yanğından mühafizə sistemlərinə və avadanlıqlarına, o cümlədən yanğın-söndürmə maddələrinə (materiallarına) olan tələblərin yerinə yetirilməsi;
 
- Dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrində (o cümlədən, memarlıq abidələrində) bərpa, gücləndirmə və yenidənqurma  işlərinin aparılması məqsədi ilə vizual və instrumental müayinələrin aparılması;
 
- Nüvə (atom) reaktorlarında nüvə və radiasiya təhlükəsizliyi sistemlərinin nəzərdə tutulması;
 
- Metro stansiyalarının giriş (dəhliz) və tunel konstruksiyalarının (əsasən örtüklərin) xüsusi hallarda baş verə biləcək əlavə yüklərin layihələndirilmədə nəzərə alınması, tunellərdən müvəqqəti sığınacaq kimi istifadəsinin təmin edilməsi tələblərinin yerinə yetirilməsi;
 
- Aşırımı 100 metrdən və ya uzunluğu 1000 metrdən artıq olan körpülərdə eninə rəqslərin (seysmik, külək və s. təsirindən)  söndürülməsinin konstruktiv həllərinin təminatı;
 
- Tutumu 2 min nəfərdən artıq olan qapalı və üstüörtülü idman qurğularında və konsert, konfrans saraylarında daxili divar üzlüklərinin, asma tavan və örtüklərinin materiallarının və konstruksiyalarının odadavamlılığa və radiasiya fonunun dərəcəsinə görə sınaq nəticələrinin, eləcə də bu obyektlərin akustik hesablamalarının yerinə yetirilməsi;
 
- Dövlət vəsaiti hesabına inşa olunan  75 metrdən hündür ictimai və çoxfunksiyalı bina və qurğuların normal istismarını təmin edən dinamiki göstəricilərin müvafiq normaların tələblərinə  uyğunluğunun təmin edilməsi və obyekt istismara qəbul edilməzdən əvvəl birbaşa sınaqlarla yoxlanılması;
 
- Uzunluğu 1000 metrdən artıq olan tunellərdə ventilyasiya və işıqlandırma sistemlərinin müvafiq normalara uyğun olaraq yerinə yetirilməsi;
 
- Hündürlüyü 100 metrdən artıq olan qurğularda (qüllələrdə, dorlarda və borularda)  ildırımötürücü sistemlərin tətbiqi;
 
- Hava və dəniz limanlarında, dəmiryolu vağzallarında və avtovağzallarda  ətraf mühitin və insanların təhlükəsizliyinin təminatı;
 
- Xəzər dənizi akvatoriyasında inşa olunan  obyektlərdə qəzaların qarşısının alınması vasitələrinin nəzərə alınması, eninə rəqslərin (seysmik, külək və s. təsirindən) söndürülməsinin  konstruktiv həllərinin və metal konstruksiyaların korroziyadan mühafizə tədbirlərinin  təminatı;
 
- Xüsusi təyinatlı tikinti komplekslərində (hərbi hissələrdə, penitensiar müəssisələrdə, habelə sığınacaqlarda və digər mülki müdafiə qurğularında) ventilyasiya, siqnalizasiya və müşahidə sistemlərinin yaradılması;
 
- Telekommunikasiya şəbəkələrinin  və qurğularının  mühafizə zonalarında əlavə təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi;
 
- Yerüstü peyk idarəetmə mərkəzlərində mühafizə zonalarının saxlanılması və idarəetmə siqnallarının peykə ötürülməsinə və peykdən qəbul edilməsinə maneə törədə bilən vasitələrin qarşısının alınması;
 
- Dövlət və beynəlxalq əhəmiyyətli neft, qaz boru kəmərlərində, 110 kilovat və ondan artıq gərginlikli elektrikötürücü  xətlərdə, tutumu 10 min kubmetr və daha artıq olan neft, neft və kimya məhsullarının saxlandığı qurğularda qəzaların qarşısının alınması vasitələrinin nəzərdə tutulması  və mühafizə zonalarının təminatı;
 
- Məhsuldarlığı 10 min  kubmetr/gün və daha artıq olan su və həcmi 20 min kubmetr və daha artıq olan çirkab sutəmizləmə qurğularında, əhalisinin sayı 5000 nəfərdən artıq olan yaşayış məntəqələrinin suqəbuledici qurğularında baş verə biləcək qəzaların qarşısının alınması vasitələrinin nəzərdə tutulması və mühafizə zonalarının təminatı.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info