Hollandiya sığınacaq istəyən hərbçiləri Türkiyəyə verməyəcək
Tarix: 14.02.2017 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Hollandiya Avropa ölkələrində hərbi xidmətdə olan bir qrup türk hərbçinin siyasi sığınacaqla bağlı müraciətinə müsbət cavab verib.
 
BBC-nin verdiyi xəbərə görə, həbs olunmaq ehtimalı olan hərbçilər Türkiyəyə qayıtmaqdan imtina ediblər. Sayları açıqlanmayan hərbçilərin 18 ay ərzində Hollandiyada qalmasına razılıq verilib. Hollandiya bu müddətdə həmin hərbçilərin günahsız olub-olmadığını araşdıracaq. Günahsız olduqları sübuta yetiriləcəyi təqdirdə onlar ailələri ilə birlikdə Hollandiyada yaşamaq icazəsi əldə edəcək, Türkiyəyə təhvil verilməyəcəklər.
 
Bildirilir ki, rəsmi Ankara həmin hərbçilərin ölkəyə qayıtmasını tələb edib. Onlar isə həbsdən çəkinərək sığınacaq istəyiblər. Hollandiya dövlət televiziyası 15 iyul - hərbi çevrilişə cəhd hadisəsindən 100-dən çox türk hərbçinin xaricdən siyasi sığınacaq istədiyini açıqlayıb.
 
Almaniya mətbuatı NATO-da xidmətdə olan ən az 40 türk hərbçinin bu ölkədən sığınacaq istədiyini yazıb. 


Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24.05.2019
İraqın şimalında türk әsgәri şәhid olub
24.05.2019
Hindistanda baş verən yanğında azı 15 yeniyetmə həyatını itirib
24.05.2019
Tereza Mey istefasını elan edib - VİDEO
24.05.2019
İğtişaşların ardı-arası kəsilmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info