Malena Mard: “Avropa İttifaqı yeni layihəyə 1,2 milyon avro ayırır”
Tarix: 14.02.2017 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinning layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev, digər rəsmi şəxslər, xarici qonaqlar iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2 il davam edəcək layihənin ümumi məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. O deyib ki, əsas məqsəd Dövlət İmtahan Mərkəzinin (DİM) malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Layihənin tərəfdaşları Litva Respublikasının Dövlət Katibliyi və Azərbaycanın Dövlət İmtahan Mərkəzidir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2 il üçün nəzərdə tutulan layihənin büdcəsinin 1,2 milyon avro olduğunu söyləyib. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanda peşəkar dövlət qulluğu sistemi yaradılmasıdır. Dövlət qulluğunun daim inkişaf tələb etdiyini vurğulayan M. Mard qeyd edib ki, avropalı mütəxəssislər 2 il müddətində Azərbaycandakı tərəfdaşları ilə işləyəcək və layihə üzrə tövsiyələr verəcəklər: “Son 10 ildə Avropa İttifaqı  Azərbaycanda 47 tvinning layihəsi həyata keçirib. İlin sonuna kimi bunların sayını 50-yə çatdıracağımıza ümid edirik”.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bu layihənin həyata keçirilməsini vacib addım hesab edib: “Tvining elə bir proqramdır ki, tərəfdaşdan asılı olmayaraq nəticə etibarilə uğur gətirir. Azərbaycan Avropa İttifaqı  ilə müxtəlif sahələr üzrə əməkdaşlıq edir. Səkkiz ilə yaxındır ki, Milli Məclisdə Avropa İttifaqı ilə işçi qrupu fəaliyyət göstərir. Tvinning layihələrinin həyata keçirilməsi maliyyə tələb edir. Ancaq buna baxmayaraq, maliyyənin sərf edilməsinin düzgün qurulması orada iştirak edən ölkələrin təcrübəsindən çox asılıdır. Müəyyən çətinliklərin olması da qaçılmazdır. Hazırda dövlət qulluğu ilə bağlı layihə çox vacibdir. Gündəlik qanunvericiliklə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, dövlət qulluğundan çox şey asılıdır. TQDK ilə DQMK-nın birləşdirilməsi nəticəsində Dövlət İmtahan Mərkəzinin  yaradılması bu sahənin daha da inkişaf etdirilməsi, dünya standartlarına uyğunlaşdırılmasına böyük dəstək olacaq”.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və digər natiqlər də layihənin əhəmiyyətindən danışıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info