Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın bu il üçün iş planı təsdiq edilib
Tarix: 14.02.2017 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib. İclasın gündəliyində Komissiyanın təşkilati məsələlərinin, o cümlədən 2017-ci il üçün iş planının, reqlamentinin, embleminin və üzvlük vəsiqəsi formasının layihələrinin müzakirəsi yer alıb.
İclası giriş sözü ilə açan Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan makroiqtisadi sabitlik və inkişaf proseslərinin sosial-iqtisadi məsələlərin həlli yönündə mühüm addımların atılması, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi ilə müşahidə olunduğunu vurğulayıb: “Bu sahədə, xüsusən sosial-əmək münasibətləri sahəsində islahatların reallaşdırılmasında sosial tərəfdaşların - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə səmərəli fəaliyyəti xüsusi önəm kəsb edir. 2016-cı ilin sentyabrında hər üç qurumun nümayəndələrindən ibarət olmaqla Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ölkəmizdə ümumən sosial-iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsinə öz töhfəsini verə bilən fəal sosial partnyorluq sisteminin formalaşmasına imkan yaradıb”.
S. Müslümov əmək və sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırda mühüm işlərin aparıldığını qeyd edib: “Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətinin bir istiqaməti bu sahə üzrə hazırlanan yeni normativ-hüquqi aktların layihələrinin geniş müzakirəsi, rəy və təkliflər əsasında onların təkmilləşdirilməsidir. Bununla əlaqədar Komissiyanın cari il üçün iş planında “İşsizlikdən sığorta haqqında”, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında”, “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında”, “İşəgötürənlər birlikləri haqqında” qanunların layihələrinin, Nazirlər Kabinetinin “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərar layihəsinin və s. müzakirəsi yer alıb. Həmçinin bu il ərzində “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsinin də Komissiya tərəfindən müzakirəsi nəzərdə tutulur”.
Nazir bildirib ki, ümumiyyətlə, əmək və sosial müdafiə sahəsində hər bir yeni qanunvericilik layihəsi sosial dialoq şəraitində müzakirə olunmaq üçün Komissiyanın iclaslarına çıxarılacaq. Bu da müvafiq sahədə hüquqi bazanın inkişaf etdirilməsində sosial partnyorların iştirakını daha da genişləndirməyə və onların imkanlarından maksimum istifadəyə yönəlib: “Hazırda Beynəlxalq Əmək Təşkilatının gündəliyində dayanan aktual məsələlərdən biri də iş yerlərində müasir texnologiyaların tətbiqinin getdikcə genişləndiyi və bu səbəbdən işçi qüvvəsinə tələbin azalmaqda olduğu şəraitdə əməyin gələcəyinin necə olacağıdır. 28 Aprel-Beynəlxalq Əməyin Mühafizəsi günü ərəfəsində bizim də belə bir mövzuda, yəni “Əməyin gələcək sferası” mövzusunda sosial tərəfdaşlarla birgə müzakirələr aparmağımız məqsədəuyğun olar”.
İclasda bir sıra dəyişikliklər nəzərə alınmaqla Komissiyanın 2017-ci il üçün iş planı, habelə üzvlük vəsiqəsi forması səs vermə əsasında qəbul edilib. Komissiyanın reqlamenti və embleminin isə iştirakçılar tərəfindən verilən təkliflər əsasında təkmilləşdirilərək yenidən müzakirəyə çıxarılması qərara alınıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hər birindən 5 nümayəndə təmsil olunur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info