Formula 1 biletləri yeni qiymətə təklif olunur
Tarix: 14.02.2017 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Bakı Şəhər Halqası “Sevgililər Günü” münasibətilə yeni kampaniyaya start verib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, “Birini alana, o biri yarı qiymətə” şüarı altında keçirilən kampaniya çərçivəsində azarkeşlərə 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri yeni qiymətə təklif olunur və bu əlamətdar günlə əlaqədar olaraq Formula 1 həvəskarlarını yeni hədiyyələr gözləyir.
Bildirilir ki, bu yay Bakıda baş tutacaq 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün 4 günlük biletlərdən birini alan yarış həvəskarları ikinci bileti yarı qiymətə əldə edə biləcək. Kampaniya fevralın 28-dək davam edəcək və bu tarixdən sonra biletlər tam qiymətlərlə satışda olacaq. Kampaniya sadəcə tribuna üçün olan 4 günlük biletlərə aiddir (əsas tribuna olan Abşeron tribunası xaric olmaqla) və “Azyaşlı” biletləri və ya birgünlük biletlərə tətbiq olunmayacaq. Bu biletləri əldə edənlər 2017 Formula Azərbaycan Qran Prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində və eyni zamanda cümə axşamı günü, 22 iyun tarixində olacaq Pit Yolu Yürüşündə də iştirak edə biləcəklər. Qeyd edək ki, kampaniya çərçivəsində ikinci biletə təklif olunan 50 %-lik endirim alınan biletlərdən qiyməti ən az olana tətbiq olunacaq.
Bundan başqa, əməliyyat şirkəti kampaniya çərçivəsində 14 fevral tarixində onlayn bilet alanlar arasında lotereya çəkilişi edəcək. Çəkilişə əsasən “Sevgililər Günü” kampaniyası ilə əlaqədar olaraq bilet alan hər 14 nəfərdən biri seçiləcək və ilk beş alıcı (14, 28, 42, 56 və 70-ci alıcılar) hədiyyələrlə mükafatlandırılacaq. Hədiyyə paketinə iki nəfər üçün 4 ulduzlu hoteldə 4 gün gecələmək, alınan biletlərə əlavə olaraq pulsuz 1 bilet və Bakının möhtəşəm restoranlarından birində ikinəfərlik şam yeməyi daxildir.
Qeyd edək ki, “Sevgililər Günü” kampaniyası bu gündən etibarən keçərlidir və biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycurcuit.com/az) əldə edə bilərsiniz.
Bu möhtəşəm kampaniyadan əlavə olaraq, iyun ayında keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif bilet seçimləri, o cümlədən bir və ikigünlük biletlər (qiyməti müvafiq olaraq 70-125 AZN və 180-440 AZN arasında dəyişir və xarici valyuta ilə ödəniş edənlər üçün bu qiymət həmin günün məzənnəsinə görə hesablanacaq), 2-15 yaşlarında olan tamaşaçılar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli “Azyaşlı” biletləri və birgünlük Ayaqüstü Yerlər üçün olan biletlər Formula 1 azarkeşlərinə təklif olunur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info