Bugünkü hərracda 16 dövlət əmlakı özəlləşdirilib
Tarix: 14.02.2017 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə fevralın 14-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub. Açıq və şəffaf şəraitdə keçən hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilən 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub. Belə ki, adıçəkilən əmlak 150 min manata özəlləşdirilib. Regionlarda baş tutmuş hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.
Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də Mingəçevir şəhərində yerləşir. Bu əmlakların sahəsi 20-60 kvadratmetr arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevirdə yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.
Hərracda özəlləşdirilmiş 7 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunub. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələr və fotolarla tanış olmaq mümkündür.
Əmlak Məsələləri Dövlət Komitəsi keyfiyyət və məmnunluq səviyyəsini yüksəltmək məqsədilə hərracın sonunda vətəndaş məmnunluğu sorğusu keçirir. Budəfəki sorğuda hərracda əmlaka sifariş verən və qalib olan vətəndaşlarla yanaşı, müşahidəçi kimi gələn şəxslər də sorğuda iştirak edib. Onlar əmlaka sifariş proseduru, əmlaklarla tanışlıq, hərracın gedişatı, hərrac barədə ictimai məlumatlandırma ilə bağlı fikirlərini sorğu anketində bildiriblər. Sorğu nəticəsinə əsasən vətəndaşlar hərracda iştirak üçün müraciətin sadə olmasını qeyd ediblər. Vətəndaşların əksəriyyəti hərrac və əmlaklar barədə məlumatları komitənin özəlləşdirmə portalından əldə edir. Eyni zamanda, komitənin saytı və KİV vasitəsilə də məlumatlandıqlarını bildiriblər.
Maraqlanan və hərracın video-yazısını izləmək istəyən şəxslər komitənin rəsmi youtube kanalına (https://goo.gl/OpYdB1) daxil ola bilər.
Növbəti belə bir hərrac fevralın 21-də keçiriləcək. Bu tarixdə hərraca çıxarılacaq əmlaklar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkdən http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1242 istifadə etmək kifayətdir.
Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info