“Şahdağ” Turizm Mərkəzində master-klass
Tarix: 14.02.2017 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Snoubord həvəskarları fevralın 18-19-da “Şahdağ” Turizm Mərkəzində toplaşacaq.
AZƏRTAC xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzi və “Red Bull”un təşkilatçılığı ilə keçiriləcək tədbirin qonağı atlet, snoubord və skeytbord ustası Maksim Kruqlov olacaq.
Maksim Kruqlov iştirakçılara snoubord idmanının “park” və “frirayd” üslubu üzrə master-klass keçərək, snoubord sürmənin incəlikləri haqqında tövsiyələr verəcək. Tədbir çərçivəsində snoubord üzrə “The Fourth Phase” filminin təqdimatı da keçiriləcək.
Tədbirin ikinci günü iştirakçılar arasında yarış olacaq və Maksim Kruqlov tərəfindən seçiləcək qalibə “Şahdağ” Turizm Mərkəzi tərəfindən hədiyyə təqdim olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümündə hər il ənənəvi olaraq bu cür həyəcan və maraq dolu tədbirlər təşkil edilir. Xüsusilə gənclərin həvəs göstərdiyi bu cür tədbirlər böyük marağa səbəb olduğundan, növbəti aylarda xizəkçilik üzrə master–klassın da təşkil edilməsi nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Tarixin ibrət dərsləri...
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info