Moldovanın Milli Sosial Sığorta Kassası Azərbaycanın təcrübəsindən yararlanacaq
Tarix: 14.02.2017 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Əhalinin 26,1 faizini sosial ödəniş və xidmətlərlə təmin edən sosial təminat sistemi əhatəliliyi baxımından beynəlxalq səviyyədə də müsbət dəyərləndirilir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri sahəsində təcrübəsini öyrənmək üçün Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Səfərin ilk günü nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə tər güllər düzüb. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb. Şəhidlər xiyabanına gələn moldovalı qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül-çiçək dəstələri qoyublar. Qonaqlar Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr ediblər. Nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyəti ilə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən dövrdə ölkəmizdə əldə olunmuş maqkroiqtisadi sabitliyin və inkişaf dinamikasının dünya maliyyə böhranının dərinləşdiyi son illərdə də qorunub saxlandığını diqqətə çatdırıb. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların respublikada neftdən asılı olmadan iqtisadi tərəqqini stimullaşdırdığını, ölkədə aparılan siyasətin sosialyönümlü xarakter daşıdığını vurğulayıb: “Dünya Bankının “Doing Business” hesabatında 65-ci yerdə, dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 37-ci pillədə olan, yüksək-orta gəlirli ölkələr sırasında yer tutan Azərbaycan qlobal iqtisadi böhranın kəskinləşdiyi 2016-cı ildə qeyri-neft sənayesini 5 faiz artırmış, ölkə əhalisinin gəlirlərində 8,7 faiz, əmək haqlarında 7 faiz, pensiyalarda 8,2 faiz, sosial müavinətlərdə 10 faiz artım əldə edilmişdir. Respublikada 2 milyon 560 min vətəndaşı və ya ölkə əhalisinin 26,1 faizini sosial ödəniş və xidmətlərlə təmin edən sosial təminat sistemi əhatəliliyi baxımından beynəlxalq səviyyədə də müsbət dəyərləndirilir”.
S.Müslümov əmək və sosial müdafiə sahəsində səmərəliliyin və şəffaflığın təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi şəraitində aparılan islahatları qeyd edib. Nazir bu sahədə Azərbaycan mütəxəssisləri tərəfindən yaradılmış avtomatlaşdırılmış sistemlər (əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təminatı sistemi) barədə məlumat verib: “Hazırda dünyanın qabaqcıl təcrübələri sırasında yer alan bu sistemlər sığorta-pensiya münasibətləri sferasını da tam əhatə edib. Hələ 2006-cı ildən respublikada elektron texnologiyalar əsasında sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı vahid mexanizm formalaşdırılıb. Fərdi uçot sistemində iştirak etməyə cəmiyyətdə ilk vaxtlardan böyük maraq müşahidə edilir və sistemdə qeydiyyatda olanların sayı daim artır. Məsələn, son beş ildə sistemdə fərdi şəxsi hesabı açılanların sayı 2 dəfəyə yaxın artıb. Hazırda 3 393 453 nəfər sığortaolunanı əhatə edən bu sistemdə respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən, ümumilikdə 124 ölkəyə aid əcnəbi də qeydiyyatdadır. Onların arasında 72 nəfər Moldova vətəndaşı da vardır”.
Azərbaycan və Moldova arasında dostluq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin daim inkişaf etdiyini vurğulayan S.Müslümov bu əlaqələrin sığorta-pensiya sahəsini də əhatə etdiyini bildirib: “Hələ 2008-ci ildə Dövlət Sosial Müdafiə Fondu ilə Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq Sazişi, 2011-ci ildə isə məcburi dövlət sosial sığorta sahəsində əməkdaşlıq haqqında Protokol imzalanıb. Ümumilikdə ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsi formalaşıb və sosial müdafiə, sığorta-pensiya islahatları, müvafiq sahələrdə İKT-nın tətbiqi və s. ilə bağlı fəal təcrübə mübadilələri aparılıb. Moldovanın Milli Sosial Sığorta Kassasının nümayəndə heyətinin bu səfəri əlaqələrimizin uğurlu davamına şərait yaradır və səfərin məqsədinə uyğun olaraq biz iş sahələrimizdə İKT-nin tətbiqi üzrə uğurlu təcrübəmizi moldovalı həmkarlarımızla bölüşməyə hazırıq”.
L.Qreku Azərbaycana daim dost münasibəti bəslədiklərini və ölkəmizin bütün sahələrdə dinamik inkişafından məmnun olduqlarını vurğulayıb, ölkələrimiz arasında əlaqələrin inkişafının sosial müdafiə sahəsində də əməkdaşlığın genişləndirilməsinə yaxşı imkanlar yaratdığını qeyd edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar nəticəsində yaradılmış elektron sistemlərin İKT-nin əmək və sosial müdafiə sistemində tətbiqi sahəsində uğurlu təcrübə formalaşdırdığını vurğulayıb. L.Qreku bu təcrübənin Moldovanın Milli Sosial Sığorta Kassası tərəfindən də öyrənilməsi üçün şərait yaradıldığına görə minnətdarlığını ifadə edib.
Görüşdə müasir sığorta-pensiya modelinin qurulması aspektlərinə, əmək və sosial müdafiə sistemində İKT-nin tətbiqi məsələlərinə dair fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Səfər çərçivəsində nümayəndə heyətinə nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri barədə ətraflı məlumatlar verilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info