Kiş-Alban məbədində Azərbaycan multikulturalizmi
Tarix: 14.02.2017 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 14-də Şəkidə öz işini davam etdirib.
BBMM-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan multikulturalizmi” fənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina və Çexiyanın Karlov Universitetinin müəllimi Roza Şəfiyeva “Azərbaycançılıq və Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi” mövzusunda mühazirə oxuyublar. İrina Kunina Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və yerli universitetlərdə tədrisi layihəsinin önəmini vurğulayıb. O, bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında geniş məlumat əldə etmək imkanı olduğunu qeyd edərək deyib: “Bu fənn ölkəmizin 40, dünyanın 15 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd beynəlxalq ictimaiyyəti xalqımızın çoxəsrlik tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış etməkdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizm modelini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin reallaşması istiqamətində ardıcıl səylər göstərir. Bu layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin və yerli ali təhsil ocaqlarının sayı getdikcə çoxalır və inanırıq ki, gələcəkdə bu rəqəm daha da artacaq”.
Roza Şəfiyeva bildirib ki, sözügedən fənnin dinləyiciləri Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki əsrlərlə yaşı olan təcrübəni öyrənməkdə çox maraqlıdırlar. Pedaqoq qeyd edib ki, dərs prosesində tələbələr Azərbaycanın etnik və dini palitrası, ölkəmizdə min illər boyu birgə yaşayan müxtəlif etnik qruplar, eləcə də ölkəmizdə qardaşcasına yanaşı yaşayan konfessiyalarla bağlı suallar ünvanlayırlar.
Mühazirədə Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Portuqaliya və Polşadan olan tələbələrin Azərbaycan multikulturalizmi modeli ilə bağlı sualları cavablandırılıb.
Qış məktəbinin iştirakçıları tədris vaxtından sonra yerli gənclərlə birgə əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi hesab olunan, nəinki Qafqazın, eləcə də bütün xristian aləminin ən qədim kilsələrindən sayılan Kişdəki Alban məbədini ziyarət ediblər.
Tələbələr Qafqaz Albaniyası abidələrinin sərgisi ilə tanış olublar.
Günün ikinci yarısında Şəkinin tarixi yerlərinə - Xan sarayı kompleksinə, Karvansaraya gəzinti təşkil olunub. Ekskursiya zamanı Şəkinin tarixi tikililəri, Azərbaycan mədəniyyəti incilərindən sayılan şəbəkə memarlığı nümunələri, şəkili ustaların hazırladıqları məişət və bəzək əşyaları, Şəki ipəyindən hazırlanmış əl işləri, eləcə də ləziz Şəki mətbəxi tələbələrdə böyük maraq doğurub.
Gəzintidən sonra tələbələrə Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təqdim edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info