Bakı sakinləri 14 fevralı sevgililər günü kimi qəbul edirmi ? 
Tarix: 14.02.2017 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Bu gün 14 fevral Müqəddəs Valentin, başqa sözlə sevgililər günüdür. Şəhəri qızılgüllə və ya yumşaq oyuncaqla gəzişən cütlüklər bəzəyir. Məhz bu tarixdə əksər insanlar çalışır ki, sevgisini göstərsin. Hətta ilboyu sevgisiz yaşayanlar belə bu gün bəxtlərinin onların üzlərinə güləcəyini düşünür. 

Amma əksər şəhər sakinləri 14 fevralı sevgi bayramı kimi qəbul etmir. Onlar bunu ya milli, ya da dini səbəblərlə əsaslandırır. Məsələnin həssaslığını nəzərə alıb paytaxt sakinləri arasında sorğu keçirdik. 14 fevralı sevgililər günü olaraq qəbul edirsinizmi ? 

“ACT Azərbaycan”-ın apardığı sorğuda rəyi soruşulmuş sakinlərin böyük əksəriyyəti bu günü sevgililər günü kimi qəbul etmir (64 %). Əsasən yaşlı nəsil (55-64 yaş aralığı) bu bayrama qarşı dözümsüz yanaşır (73 %). 14 fevral tarixini sevgi bayramı kimi qəbul edənlər isə əsasən 25-34 yaş aralığında olan gənclərdir (47 %). Maraqlısı odur ki, yeniyetmələr və erkən gənclik illərini yaşayanlar ( 18-24 yaş aralığı) sevgililər gününə nisbətən az maraq göstərir (41 %).

14 fevral sevgililər günü qadınları iki cəbhəyə bölüb. 50 % qadın bayramı qeyd etsə də, digər 50 % bundan imtina edir. Sevgi bayramını qeyd etməyənlərin əsas səbəbi isə sevgi gününü yaşlarına uyğun görməmələridir (29 %). 

44 % kişi isə bu il Müqəddəs Valentin gününü bayram kimi qeyd etsə də yerdə qalan 56 % bu günü sıradan bir gün olaraq yaşayacaq. Buna əsas səbəb isə sevgililərinin olmamasıdır (38 %).

Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info