Makedoniya prezidenti Azərbaycana gələcək
Tarix: 14.02.2017 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Makedoniya prezidenti George İvanov və xanımı Maja İvanova mart ayında Azərbaycana səfər edəcəklər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi komitənin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir.
Qeyd olunub ki, Makedoniya prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə yaxından əməkdaşlıq edir. George İvanov III və IV Qlobal Bakı forumlarında, həmçinin Mərkəzin İtaliya, Bosniya və Herseqovinada keçirilmiş Ali Səviyyəli toplantılarında iştirak edib. Bundan başqa, Makedoniya Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Gənc Liderlər Məktəbi də artıq 3 ildir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edir.
V Qlobal Bakı Forumunda Makedoniya dövlət başçısı ilə yanaşı, Latviya prezidenti Raymond Veyonis, Albaniya prezidenti Buyar Nişani və digər ölkələrin indiki, həmçinin keçmiş rəhbərləri iştirak edəcək. Növbəti forum “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunub. Nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri mövzusunda fikir mübadiləsi aparacaq, həll yolları təklif edəcəklər

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info