BMT TŞ Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib
Tarix: 14.02.2017 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib. Bu barədə BMT TŞ-nın bəyanatında bildirilir. Qeyd olunub ki, Şimali Koreyanın yürütdüyü siyasət beynəlxalq təhlükəsizliyə təhdid yaradır. “Rəsmi Pxenyan yeni raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının 6 qətnaməsini pozub. BMT Təhlükəsizlik Şurası raketlərin buraxılmasından sonra Koreya yarımadasındakı vəziyyəti izləyərək zəruri addımlar atacaq”, sənəddə vurğulanıb. BMT TŞ 2016-cı il, martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib. Buna baxmayaraq Şimali Koreya nüvə sınaqları və ballistik raketlərin buraxılışını davam etdirir. Xatırladaq ki, fevralın 12-də Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb. Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılan raket 500 km uçaraq, Yapon dənizinə düşüb. Sınaqda Şimali Koreyanın rəhbəri Kim Çen In iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info