Cüdoçumuz reytinqdə 92 pillə irəliləyib
Tarix: 14.02.2017 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Fransada keçirilən “Böyük Dəbilqə”nin yekununa əsasən Azərbaycan idmançıları mövqelərini yaxşılaşdırıblar. Belə ki, 60 kq çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxan Orxan Səfərov reytinq siyahısında 1 pillə irəliləyib. Hazırda ikinci pillədə yer alan həmyerlimiz “Böyük Dəbilqə”də yarımfinalda uduzduğu Naohisa Takatodan (Yaponiya) geri qalıb. Nicat Şıxəlizadə (66 kq) də mövqeyini yaxşılaşdırıb. Parisdən “bürünc”lə qayıdan cüdoçu 2 rəqibini qabaqlamaqla, 6-cı yerə yüksəlib. Komandamızın digər mükafatçısı Hidayət Heydərov (73 kq) isə fantastik sıçrayışa nail olub. 3-cü yer uğrunda Olimpiya mükafatçımız Rüstəm Orucovu məğlub edən gənc idmançı nə az, nə çox – 92 pillə irəliləyib. Reytinq xalını 582-yə çatdıran həmyerlimiz 31-ci yerə qalxıb. Məğlubiyyətə baxmayaraq, Orucov yenə öz çəkisinin birincisidir. Rüstəmdən fərqli, Parisdə ilk görüşdə uduzan Elmar Qasımov (100 kq) liderliyi təhvil verib. O, ikinci pilləyə enib. Həmçinin “Böyük dəbilqə”də məğlubiyyətə üzülən Elxan Məmmədovla (100 kq) Uşanqi Kokuari (+100) də geriləyib. 3 rəqibini özündən irəli buraxan dünya çempionumuz 12-ci, 4 pillə aşağı düşən Kokuari isə 20-ci yerə düşüb. Digər aparıcı cüdoçularımıza gəlincə, İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) hərəyə 1, Məhəmmədəli Mehdiyev (90 kq) 2 və Aişə Qurbanlı (48 kq) 3 pillə geriləyib. Onlar müvafiq olaraq, 18-ci, 49-cu, 22-ci və 44-cü yerdə qərarlaşıblar. Qeyd edək ki, fevralın 18-19-da Romada cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək. Azərbaycan millisinin yarış üçün heyəti açıqlanıb. Turnirdə ölkəmizi Oruc Vəlizadə, Mehman Sadiqov, Sahib Əsgərov (hər üçü 60 kq), İlqar Müşkiyev, Telman Vəliyev, Emil Həsənov, İlkin Babazadə (hamısı 66 kq), Elvin Mustafayev, Zülfüqar Quliyev (hər ikisi 73 kq), Afiq Səfərli, Rüfət İsmayılov, Ziya Namazov (hər üçü 81 kq), Abdulhaqq Rəsullu, Tural Səfquliyev (hər ikisi 90 kq), Kənan Abdullaxanlı və Sənan Əhmədov (hər ikisi 100 kq) təmsil edəcəklər. Yarışda 37 ölkədən 275 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
26.09.2018
Cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info