“Probasiya xidmətinin yaradılması cinayətlərin azalmasına təsir göstərəcək”
Tarix: 15.02.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Əhməd Abbasbəyli: “Dövlət insanların yol verdikləri cinayətləri bir növ yumşaq cəzalandırır ki, onlar cəmiyyətə normal şəkildə qayıda bilsinlər”

Azərbaycan dövləti hər zaman insanların rahat, azad yaşaması üçün siyasət yürüdüb. Ümumiyyətlə, Azərbaycanın dövlət siyasətində humanizmlik prinsipi üstünlük təşkil edir. Prezident İlham Əliyevin bu günlərdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalaması dövlətin bu siyasətinin davamıdır.
Sərəncam dövlət başçısının humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Sənədə əsasən, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək. Eyni zamanda Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılacaq. Xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır. Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir. Sərəncama uyğun olaraq görüləcək bu və digər işlər vətəndaş cəmiyyəti tərəfindən də müsbət qarşılanıb. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli bildirdi ki, Probasiya xidməti yüngül cinayətlərə görə tətbiq olunan xidmətdir: “Bildiyimiz kimi, Probasiya xidməti bir çox Qərb ölkələrində fəaliyyət göstərir. Fikrimcə, cənab Prezidentin bu sərəncamı vaxtında verilib və təqdirəlayiq addımdır. Qeyd etməliyəm ki, Probasiya xidmətinin yaradılması cəzaçəkmə müəssisələrində vəziyyəti yüngülləşdirəcək və əhalinin ədliyyə sahəsinə inamını daha da artıracaq. Hesab edirəm ki, bu, cinayətlərin azalmasına da təsir göstərəcək. Bəzi cəzaçəkmə müəssisələrində biz xırda cinayətlərə görə məhkum olunan şəxslərə rast gəlirik. Belə şəxslərin digər növ cəzalar çəkməsi daha məqsədəuyğundur. Biz bu məsələlərlə bağlı bir neçə dəfə fikir mübadiləsi aparmışıq. Düşünürdük ki, məsələn, 18 yaşlı gəncin xırda bir oğurluq cinayətinə görə cəzaçəkmə müəssisəsinə salınması onun gələcək həyatına ciddi bir xələl gətirmiş olur. Amma bu gün Probasiya xidmətinin yaradılması bu cür cinayət törətmiş insanlara yenidən şans verir. Həmin cinayəti törətdiklərinə görə onlara Probasiya xidməti vasitəsilə yüngül cəza veriləcək. Həmçinin belə insanlar öz günahlarını başa düşəcək və normal həyata qayıtmaq üçün şans əldə edəcəklər. Artıq Probasiya xidməti ilə cəzaçəkmə müəssisələrində qapalı şəraitdə dəfələrlə məhkum olunmuş insanlar arasında cəzasını çəkərək cəmiyyətə bəri başdan ləkələnmiş kimi deyil, sadəcə olaraq, müəyyən səhv etmiş insan kimi qayıdacaq”. Əhməd Abbasbəylinin fikrincə, Probasiya xidməti yaxın gələcəkdə öz müsbət effektini verəcək: “Əslində, bir neçə ildir bu məsələ müzakirə olunurdu. Düşünürəm ki, cənab Prezidentin məlum sərəncamı istər cəmiyyət, istər ədliyyə işçiləri, istərsə də məhkumlar tərəfindən müsbət qarşılanacaq. Çünki bu, cəza siyasətinin humanistləşdirilməsidir. Hər şey insan üçündür. Dövlət insanların yol verdikləri cinayətləri bir növ yumşaq cəzalandırır ki, onlar cəmiyyətə normal şəkildə qayıda bilsinlər”. Əhməd Abbasbəyli məlum sərəncamı ədliyyə sahəsində aparılan islahatların davamı kimi qiymətləndirdi: “Ədliyyə Nazirliyi ölkədə bu kimi islahatların keçirilməsində hər zaman pioner rolunu oynayıb. Biz həmişə vurğulamışıq ki, məsələn, Ədliyyə Nazirliyinin Penitensiar xidməti bir çox qurumlardan daha şəffaf fəaliyyət göstərir. Ədliyyə sahəsində yeni sistemin yaradılması digər strukturlarda da bu tip islahatların aparılması üçün örnək oldu”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info