Pakistan “Azerspace-1“-dən istifadə etmək istəyir
Tarix: 15.02.2017 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Pakistan Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykinin resurslarından istifadə etmək niyyətindədir”. Bunu “Trend”-ə müsahibəsində Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.
Səfir deyib ki: "Bu məsələyə ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası zamanı ötən il baxılıb. Azərbaycan Pakistana milli telekommunikasiya peykinin resurslarından istifadə etməyi təklif edib. Bu məsələyə hazırda Pakistanın müvafiq qurumları tərəfindən baxılır və bu sahədə əməkdaşlıq etmək planlaşdırılır". Qeyd edək ki, Azərbaycanın birinci geostasionar peyki 2013-cü ilin fevralında orbital mövqeyə çıxarılıb. Bu il ikinci telekommunikasiya peykinin orbital mövqeyə çıxarılmağı gözlənilir.
Həmçinin "Azərkosmos" ASC-nin öhdəsində aşağı orbital peyk "Azersky" var. "Azersky" peyki Fransanın "Airbus Defense and Space" şirkətinin "SPOT-6" peyki ilə birgə qrup formatında Yer kürəsinin məsafədən tədqiq edilməsi üzrə xidmətlərin göstərilməsi üçün istifadə olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info