Sevgililər hansı hədiyyələri almağa üstünlük verirlər? 
Tarix: 15.02.2017 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


14 fevralda Azərbaycanda əksəriyyət sevgililər gününü qeyd etdi. Cütlüklər rəmzi olaraq bir-birinə hədiyyələrlə sürpriz edirlər. 14 fevral dedikdə əksəriyyətin ağlına yumşaq oyuncaqlar, parfüm və gül buketləri gəlir. 

Bəs Bakıda sevgililər daha çox hansı hədiyyələri almağa üstünlük verirlər? 

“ACT Azərbaycan”ın apardığı sorğuya əsasən qadın respondentlərin 21 %-i bu il sevdiklərini geyimlə sevindirəcəklər. Ümid edək ki, geyim adı altında bir cüt yun corab nəzərdə tutulmayıb. Populyarlığa görə ikinci seçim parfümə aiddir ( 19%). Qadınların kişilərə hədiyyə edəcəkləri üçüncü hədiyyə isə aksesuarlardır (15%).

Bu bayram olduğu kimi kişilər qadınları yenə də ən çox gül buketləri ilə sevindirəcəklər (52 %). Bayrama parfümlə bayram qatanlar 26 % olacaq. 9 % kişi isə səxavət boxçasını açıb sevgilisə zinyət əşyası almağı düşünür. 

Maraqlı məsələ 14 fevralı qeyd etməyi planlaşdıran respondentlərin bu bayram üçün çəkəcəkləri xərcdir. Qadınlardan ən çox xərcə düşənlər 17 % təşkil edir. Onlar 21-30 AZN dəyərində hədiyyə almağı düşünürlər. Kişilər qadınlara nisbətən sevdiklərinə qarşı daha səxavətlidirlər. Belə ki, 20 % kişi xanımına 51-100 AZN dəyərində hədiyyə almağı düşünür. 

Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info