“ASAN könüllüləri” Binəqədi rayon İH-də təcrübə keçir
Tarix: 15.02.2017 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


ASAN könüllüləri”nin növbəti 7-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıblar.
 
Binəqədi Rayon İH-dən  verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 7-ci qrupunun üzvləri ilə görüş keçirilib.
 
Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə  tanış olmuşlar və onlara ətraflı məlumat verilib.
 
Tanışlıq zamanı könüllülərə bildirilib ki, prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolu, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirilir. O cümlədən, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğu vurğulanıb.
 
Qeyd edək ki, fevralın 15-dən etibarən 10 nəfər gəncdən ibarət  “ASAN könüllüləri” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıb, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info