Yaponiyada Azərbaycanla bağlı növbəti seminar keçirilib
Tarix: 15.02.2017 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Fevral ayının 14-də Yaponiyanın paytaxtı Tokio şəhərinin Ota qəsəbəsində yerləşən məktəbdə bu ölkənin Hokkaydo universitetinin konfliktologiya sahəsi üzrə doktorantı, hökümət təqaüdçüsü, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov tərəfindən Azərbaycanla bağlı növbəti seminar keçirilib. Seminar zamanı yaponiyalı məktəblilərə azərbaycan dili, Azərbaycan mədəniyyəti, tarixi, insanları, ictimai-siyasi həyatı haqqında geniş məlumat verilib.
Ə. Məmmədov qeyd edib ki, Azərbaycan tarixən bir çox imperiyaların və böyük dövlətlərin idarəsi altında olmuşdur. Ayrı-ayrı millətlərin nümayəndələri ilə yaşamağa məcbur qalmışdır. Bu fakt azərbaycanlılarda ayrı-ayrı millətlərə, ayrı-ayrı dinlərə, ayrı-ayrı inanclı insanlara qarşı toleyrant yanaşma xarakterini formalaşmışdır.
Azərbaycan adı altında 1918-ci ildə ilk dəfə əldə etdiyi müstəqilliyi uzun sürməsə belə milli ideyanın formalaşmasına güclü təkan vermişdir. 1991-cı ildə Sovet İttifaqının zəifləməsi və süqut etməsi ilə azərbaycanlılar yenidən müstəqillik əldə edirlər. Bu dəfə də ilk illər çox ağır keçir. Qonşu Ermənistanla ərazi problemi, torpaqlarının 20%-nin işğal edilməsi, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin peyda olması, ölkə daxilində hakimiyyət uğrunda gedən qızğın mübarizələr, ölkəni parçalamağa yönəlmiş daxili üsyanlar və s xoşagəlməz hadisələr yeni müstəqillik əldə etmiş bir dövlət üçün çox çətin idi. Lakin bununla belə bu dəfə Azərbaycan xalqı əzmkarlıq göstərməklə öz müstəqilliyini qoruyub saxlamağa nail oldu. 1993-cü ildə Sovet İttifaqı dövründə də Azərbaycana uzun illər rəhbərlik etmiş, dünya səviyyəli lider, zəngin təcrübəyə sahib Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan tənəzzüldən inkişafa doğru çətin amma şərəfli böyük bir yola qədəm qoydu.
Sevindirici hal ondan ibarətdir ki, bu yolda həm Azərbaycan rəhbərliyi həm də onun xalqı üzüağ və şərəflə çıxmağa nail oldu. 1991-1994-cü illərdə bir çox böyük dövlətlər Azərbaycana qarşı iqtisadi təkləmə siyasəti yürütsələr də artıq 90-cı illərin sonlarına doğru Azərbaycan yalnız qonşuları üçün deyil, həm də dünyanın aparıcı dövlətləri üçün ən əsas strateji partnyor mövqeyinə qədər yüksəlməyə nail olmuşdur.
2000-ci illər ərzində Azərbaycanın dünya çapında gözəçarpan, sürətli inkişafı tarixə qızıl hərflərlə yazılmışdır. Azərbaycanın zəngin neft yataqlarından qazanılan gəlirlər sayəsində Azərbaycan kənd təsərrüfatı və turizm sahəsi də böyük inkişaf yoluna qədəm qoymuşdur.
Təsadüfi deyildir ki, məhz 2000-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Yaponiya səfirliyi fəaliyyətə başlamışdır. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, qonşu Ermənistan da Yaponiya səfirliyi 15 il sonra 2015-ci ildə açılmışdır. Bunun özü Yaponiya hökümətinin Cənubi Qafqaz regionunda Azərbaycana verdiyi müstəsna dəyərin və hörmətin bariz nümunəsidir.
Qeyd edək ki, proqram çərçivəsində Sinqapur, Tailand, İndoneziya, Hindistan və Perudan olan xarici tələbələr də öz ölkələri haqqında məlumatlar vermiş, fikir mübadiləsi aparıblar.

Fuad





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info