SOCAR istiqrazlarının qiyməti artır
Tarix: 15.02.2017 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardan olan SOCAR istiqrazlarının qiyməti yüksəlib.
SOCAR-ın istiqrazları üzrə marketmeyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkətindən AZƏRTAC-a verilən məlumata görə, SOCAR istiqrazlarının satış qiyməti 1004-1005 dollara yüksəlib. Hazırda adı çəkilən istiqrazları 1004-1005 dollara almaq və 1000 dollara satmaq olar.
PSG Capital şirkətindən bildirilib ki, növbəti istiqrazların faiz ödənişinin vaxtı yaxınlaşdıqca istiqrazların qiyməti də yüksələcək.
Xatırladaq ki, istiqrazlar üzrə faizlər 3 aydan bir ödənilir. Hər faiz ödənişi zamanı istiqraz sahiblərinə hər istiqraz üzrə 12,5 dollar, il ərzində isə ümumilikdə 50 dollar məbləğ ödənilir. İlk faiz ödənişi 2017-cı il yanvarın 17-də həyata keçirilib. Növbəti faiz ödənişi isə aprelin 17-də baş tutacaq.
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5 faiz gəlirliliklə buraxılıb. İstiqrazların təkrar bazarına isə 2016-cı ilin 17 oktyabrından start verilib.
Xatırladaq ki, bir qədər əvvəl «PSG kapital» şirkəti SOCAR istiqrazlarının alış-satışı üzrə yanvar ayının nəticələrini açıqlayıb. Nəticələrə görə, yanvar ayında 16,5 milyon dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanıb. İstiqraz alanların 72 faizinı yeni müştərilər, 28 faizini isə əvvəlki müştərilər təşkil edib. İndiyədək təkrar bazarda 50 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info