“On yeddi mindən çox gənc beynəlxalq tədbirlərin təşkilində könüllü kimi fəaliyyət göstərir”
Tarix: 15.02.2017 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Formula-1 yarışının promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə fevralın 15-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafı haqqında məlumat verib. O, mötəbər beynəlxalq idman yarışlarının ölkəmiz üçün əhəmiyyətindən danışıb. Nazir Azərbaycanda mötəbər idman yarışlarının uğurla təşkil edildiyini, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayaraq deyib: “Azərbaycanda idman sahəsində dünya standartlarına cavab verən maddi-texniki baza yaradılıb. Bu idman qurğularının yarışlardan sonra da qorunub saxlanılması və insanların buraya cəlb edilməsi çox önəmlidir. Bəzi ölkələrdə olimpiadalardan sonra idman qurğularının istifadə edilmədiyi və yararsız vəziyyətə düşdüyü görünür. Ancaq Azərbaycanda idman kompleksləri yüksək səviyyədə saxlanılır və insanlar bu qurğulardan istifadə edirlər. Ölkəmizdə güclü könüllülük hərəkatı var. On yeddi mindən çox gənc beynəlxalq tədbirlərin təşkilində könüllü kimi fəaliyyət göstərir. Biz yerli insanların və şirkətlərin də beynəlxalq idman yarışları zamanı müxtəlif layihələrə qoşulmasını təmin edirik”.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanın turizm potensialından, beynəlxalq yarışların turizm imkanlarının təbliğinə və bu sahənin inkişafına töhfəsindən danışıb.
Digər çıxış edənlər də beynəlxalq idman yarışlarının ev sahibi ölkəyə faydaları, irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxan problemlərin həlli və biznesin buna hazırlıq vəziyyətindən söz açıblar.
MDB məkanında və regionda bu mövzuda ilk dəfə olaraq Azərbaycanda keçirilən konfransda dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, Abu-Dabi, Soçi, Bəhreyn Qran-prilərinin yüksək vəzifəli nümayəndələri və jurnalistlər iştirak edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info