Dövlət əmlakının özəlləşdirilməsi 300 mindən çox iş yeri açmağa imkan verib
Tarix: 15.02.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün "Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar" mövzusunda İşgüzar Forum keçirilib.
Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyalann Təşviqi Fondunun nümayəndələri, habelə, ölkənin ən iri və nüfuzlu holdinq, assosiasiya, bank, şirkətlər qrupu və ittifaqlarını təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçi və iş adamları iştirak ediblər.
Forumun əsas məqsədi ölkədə fəaliyyət göstərən sahibkarıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyalann tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaq olub. Həmçinin, ölkədəki əlverişli investisiya mühitindən yararlanaraq, sahibkarların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılması olub.
İşgüzar forum özəlləşdirmə prosesini əhatə edən qısa filmin nümayişi ilə başlayıb. Filmdə dövlət əmlakının özəlləşdirilməsi prosesinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə start verilməsi, bu günədək eldə olunmuş nailiyyətlər, özəlləşdirildikdən sonra uğurla fəaliyyət göstərən çoxsaylı istehsal müəssisələrindən videogörüntülər, ölkə başçısı İlham Əliyevin özəlləşdirmənin sürətləndirilməsi ilə bağlı son dövrlərdə imzaladığı fərman vı sərəncamların icrası ilə əlaqədar görülən işləri əhatə edən kadrlar, əhalinin hərrac və müsabiqələrdə sərbəst iştirakını əks etdirən materiallar, sahibkarlar üçün maraq kəsb edən digər məlumatlar yer alıb.
Forumda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda dövlət əmlakının geniş şəkildə özəlləşdirilməsi prosesinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlanılıb və ötən dövr ərzində bu sahədə bir çox uğur və nailiyyətlər əldə olunub. O qeyd edib ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox şəxs səhm sahibi olub, ümumilikdə 1,2 milyondan artıq vətəndaş bu və ya digər formada özəlləşdirmədən faydalanıb: "ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlyandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak ediblər".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR Türkiyəyə təhvil-təslimi başa çatdı
17.06.2019
Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb
17.06.2019
Azərbaycandan 131,1 min ton kimya sənayesi məhsulları ixrac edilib
17.06.2019
Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb
17.06.2019
Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info