“Bu, Azərbaycan dövlətçiliyində inqilabi bir sərəncamdır”
Tarix: 15.02.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı Azərbaycan dövlətçiliyində inqilabi bir sərəncamdır.
Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, dövlət başçısının bu addımı insanların problemlərinin həlli istiqamətində görülən tədbirlərdəndir:
"Vaxtaşırı olaraq cənab Prezidentin ölkədə keyfiyyət dəyişikliyinə aparıb çıxaracaq addımlarına şahid oluruq. Ötən ilin əvvəlində cənab Prezident 2016-cı ilin ölkədə islahatlar ili olacağını dedi. Biz bunun şahidi olduq. Həmin islahatlar təkcə ötən illə kifayətlənmədi. Bu ilin əvvəlindən bir-birinin ardınca idarəçiliyin daha da təkmilləşdirilməsi, problemlərin həlli ilə bağlı bir çox tədbirlərin şahidi olduq".
Millət vəkili əlavə edib ki, bu günlərdə iki nazirliyin birləşdirilməsi və idarəetmənin çevik sistemə keçirilməsi, cəza sisteminin humnaistləşdirilməsi ilə bağlı sərəncamlar da bu qəbildəndir:
"Bu o deməkdir ki, insanlara buraxdığı səhvə görə yenidən başlamaq imkanı veriləcək və iqtisadi cinayətləri artıq kriminal bölgədən inzibati bölgəyə keçirəcək, qısa bir zamanda problemin həllinə gətirib çıxaracaq. Bu, bir tərəfdən insanları buraxdığı səhvə görə mütləq həbslə bitəcək variantdan xilas edir. Dünya ölkələrində bu məsələlərinin ev dustaqlığı, şərti cəza verilməsi, vurduğu zərəri ödədikdən sonra məsuliyyətdən azad olma kimi alternativ variantları var. Bu, həmçinin ağır cinayətlər istisna olmaqla, digərlərinin az müddətli cəza ilə əvəz edilməsinə gətirib çıxaracaq. Ümumilikdə humanistləşdirmə cəmiyyətin xeyrinədir. İnanıram ki, 18 yaşına çatan uşaqlar və qadınlarla bağlı cəzaların yüngülləşdirilməsi variantı seçiləcək".
A.Mirzəzadə vurğulayıb ki, bu sərəncam həmin həssas kateqoriyanın, cəmiyyətin qorunmasına gətirib çıxaracaq:
"Məsələn, dünyada hər 100 min nəfərə düşən məhbusların sayına görə ən yaxşı vəziyyət Norveçdədir. Bu ölkədə hər 100 min nəfərə cəmi 41 məhbus düşür. Orada hər məsələni məhkəməyə gətirib çıxarmırlar. Yaşayış yeri üzrə icmalar müraciət edərək az ağır cinayətlər barədə onların müzakirə edib qərar çıxarmasını xahiş edirlər və bu da yerinə yetirilir. Ümumən götürəndə, mən bunun Azərbaycanın hüquq sisteminin islahatında növbəti əhəmiyyətli bir addım hesab edirəm. İnanıram ki, gələcəkdə bizim hüquq sistemimiz dünyanın aparıcı ölkələrinin, o cümlədən Azərbaycanın özündə yaxşı təcrübəsinin qanunvericilikdə əks olunması ilə bağlı növbəti addımlar da atılacaq".




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info