Lokomotiv parkı yenilənir
Tarix: 15.02.2017 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsini təşkil edən Bakı-Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyanlı dartı sisteminə keçidinin təmin edilməsi ilə əlaqədar mühüm addımlar atılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv parkının müasirləşdirilməsi məqsədi ilə 50 ədəd lokomotivin alınması üçün “Societe Generale” Bankı ilə 30 mart 2016-cı il tarixində 276,8 mln avro məbləğində kredit müqaviləsi imzalanıb.
Təchizatçı şirkət Alstom Transportation S.A-dır. Müqaviləyə əsasən lokomotivlərin istehsalına artıq başlanılıb. Bu lokomotivlərin 2017-ci ilin sonunda Azərbaycana çatdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info