Avstraliya parlamentində ermənilərin törətdiyi Xocalı soyqırımı pislənib
Tarix: 15.02.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Ötən gün Avstraliya parlamentində erməni qoşunlarının dinc Azərbaycan əhalisinə qarşı törətdiyi Xocalı soyqırımı məsələsi müzakirə olunub. Müzakirələr zamanı Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qurpunun üzvü, senator Kris Bek çıxış edib. O deyib: “Bir neçə gün sonra Azərbaycan xalqının tarixindəki qanlı hadisələrdən biri olan, hazırda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Xocalı şəhərində 600-dən çox sakinin öldürülməsinin 25 ilidir”. Senatorun sözlərinə görə, Xocalı soyqrımının müzakirəsi hər bir kəsə bu cür hadisələrin böyük itkilərə gətirib çıxarcağını və gələcək nəsillərə təsirsiz ötüşməyəcəyini düşünməyə imkan verir.
O qeyd edib ki, bu hadisələr tarixin faciəvi səhifələri arasında qalacaq və əlbəttə ki bu, Ermənistana nə gələcək baxımından, nə də qonşu ölkələrlə münasibətləri baxımından heç bir xeyir gətirməyəcək.
Senator bildirib ki, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları humanitar böhranın ən pis formasının bir nümunəsidir: “Uğurlu vasitəçilik olmadan bu ərazilərdə hərbi münaqişənin yaranması təhlükəsi mövcuddur. Bu isə iki ölkə arasında və ümumiyyətlə, Qafqaz regionunda sabitliyin pozulmasına gətirib çıxaracaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info