“ASAN Check-up” ürək-damar xəstəlikləri riskini müəyyənləşdirir
Tarix: 15.02.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Paytaxtın bütün “ASAN Xidmət” mərkəzlərində Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən “Sağlam həyata dəstək” devizi altında vətəndaşlara “ASAN Check-up” xidməti göstərilir.
Bu barədə AZƏRTAC-a müsahibəsində RMDM-də fəaliyyətə başlayan yeni müayinə-müalicə xidmətinin dietoloqu Almaz Paşayeva geniş məlumat verib.
A.Paşayeva deyib: “Tətbiq etdiyimiz bu sistem vasitəsilə sağlam fərddən sağlam cəmiyyət yaratmaq niyyətindəyik. Müayinə ac və ya tox olmaqla, barmaqdan cüzi miqdarda qanalma (29 aclıq, 25 toxluq meyarı üzrə), boy, bədən analizi, qan təzyiqi və hərarətin ölçülməsi ilə həyata keçirilir. Sistem on illik ürək-damar xəstəlikləri riskini də müəyyənləşdirir.
Burada əsas məsələ bu sistem vasitəsilə sağlam həyat tərzini əhaliyə aşılamaqdır. Bu müayinələrdən ildə ən azı iki dəfə keçmək lazımdır. Müayinə olunduqda yeddi dəqiqə müddətində müayinələrin cavabları avtomatik həm vətəndaşın mobil telefonuna, həm də e-mail ünvanına göndərilir və www.saglikliyasamadestek.com portalında yaradılan şəxsi hesabına qeyd edilir. Sistem şəxsin səhhətində problem aşkar edərsə, şəxsi xəbərdar etməklə yanaşı tövsiyələr də verir. Portal üzərindən əvvəllər ölçülən sağlamlıq parametrlərinin gedişatını qrafik şəkildə izləmək mümkündür. Sistem artıq “ASAN Xidmət” mərkəzləri ilə yanaşı Respublika Müalicəvi Diaqnostika Mərkəzində də işə salınıb. Onu da qeyd edim ki, bu sistemlə yanaşı mərkəzdə həm də dietoloji xidmət göstərilməyə başlayıb”.
Qeyd edək ki, “ASAN Check-up” xidmətindən istifadə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsi ilə paytaxtda fəaliyyət göstərən istənilən “ASAN Xidmət” mərkəzinə və RMDM-ə müraciət edə bilər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info